Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1013/2023 01.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə "xxxx" ASC) qarşı “cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC- tərəfindən onun adına yazılmış 858.47 manat cərimənin qismən yarı hissəsinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, məcburi köçkün ailəsinin başçısıdır. Aztəminatlı ailədir, cavabadeh təşkilat tərəfindən 858.47 manat məbləğində cərimə edilmişdir. Həmin cəriməni heç bir halda ödəyə bilmir. Cərimənin qismən də olasa ləğv edilməsini istəyir. Bununla bağlı cavabdehə müraciət etsə də xahişi təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, müvafiq akt tərtib olunarkən iştirak etsə də, kənar xəttin qoşulmasından məlumatı olmadığından aktı imzalamamışdır. İddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi iddia ərizəsinə dair etirazda və izahatında göstərdi ki, iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 858.47 manat borcun silinməsi tələbinə dair iddiasını qanunsuz və əsassız hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Yevlax EŞ-nin əməkdaşları tərəfindən Yevlax rayonunda yaşayan elektrik elerjisi istehlakçıları (məşət abonentləri) tərəfindən müvafiq istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılarkən iddiaçının da Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayışevinin elektrik enerjisi ilə təchizatına baxış keçirilmişdir. Baxış keçirilən zaman abonentin elektrik enerjisindən “smart kart” tipli elektrik sayğacından “kənar xətt” vasitəsi ilə birbaşa X1 etməsi faktı aşkar edilmiş, naqlini en kəsiyinin 2x6 mm2 olduğu məlum olmuşdur. Aşkar edilmiş pozuntu faktı ilə əlaqədar elektrik enerjisinin iştehlakçısı (məişət abonent) kimi Yevlax EŞ-nin “Poroqram bazasında **********00120 saylı istehlakçı kodu ilə qeydiyyada olan iddiaçı barəsində “X1 qaydalaraını pozulması haqqında AKT R № 283791 nömrəli akt tərtib edilmişdir. Aktın tələb hissəsində “kənar xətt ləğv edilsin” qeydiyyatı aparılmışdır. Akt enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən imzalanmışdır. Aktın tərtibində iddiaçı iştirak etməsinə baxmayaraq akta imza etməkdən imtina etmişdir. İddiaçı tərəfindən elektrik enerjisindən “kənar xətt” vasitəsi ilə qanunsuz istifadə edilməsi faktının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İddiaçı barəsində tərtib edilmiş AKT R № 238791 nömrəli akta əsasən “Mərkəzi Aran” RETS-də fəaliyyəti göstərilən aktlar üzrə komissiya tərəfindən sutkanın 24 saat nəzərə alınmaqla 60 gün müddətinə yenidən hesablama aparılaraq dəyəri 836.76 manat təşkil edən 6552 kvt saat miqdarında qanunsuz istifadə nəticəsində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Hesabat qaydaları aparılmış P=6.5 kvt W=6.5 kvt x 60 gün x 24 saat=6552 kvt saat 140 kvt saat x 0.08=11.20 manat 200 kvt saat x 0.09=18.0 manat 6212 kvt saat x 0.13= 807.56 manat cəmi 836.76 manat iddiaçının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən əsassız olaraq hesablanmış 858.47 manat borcun silinməsi tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğuna görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 283791 №li aktından görünür ki, "xxxx" ASCnin əməkdaşları E.Nuriyev, E.İbrahimov və S.Mustafayev tərəfindən İddiaçı Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış yaşadığı mənzildə (abunə kodu **********00120) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, ünvanda olan 1 fazalı hesabat sayğacının hesab mexanizmi keçən yükü qeyd etmir, sayğac dayanıb, ölçmə zamanı dövrədən axan yük P=6.5 kvt W=6.5 kvt x 60 gün x 24 saat=6552 kvt saat 140 kvt saat x 0.08=11.20 manat 200 kvt saat x 0.09=18.0 manat 6212 kvt saat x 0.13= 807.56 manat cəmi 836.76 manat təşkil edir. Akta əsasən elektrik sayğacının yeni elektron tipli sayğacla əvəz olunması və uçot EEİQ-na uyğun olaraq bərpa edilməsi tələb edilmişdir. "xxxx" ASC-nin “Texniki sahə üzrə tələblər” adlı icra vərəqindən görünür ki, müvafiq olaraq 283791 №li xx.xx.2023-cü il tarixli akta əsasən aşkar edilmiş elektrik hesabat sayğacının işləməməsi halı ilə əlaqədar qeydə alınmamış elektrik enerjisinin miqdarı kimi istehlakçıya P=6.5 kvt W=6.5 kvt x 60 gün x 24 saat=6552 kvt saat 140 kvt saat x 0.08=11.20 manat 200 kvt saat x 0.09=18.0 manat 6212 kvt saat x 0.13= 807.56 manat cəmi 836.76 manat əlavə sərfiyyat hesablanmışdır. İş materiallarına əlavə olunmuş CD disklərdən görünür ki, xx.xx.2023-cü il tarixdə ”Azərişıq” ASC-nin əməkdaşları E.Nuriyev, E.İbrahimov və S.Mustafayev tərəfindən İddiaçının Yevlax rayonunda Meyvəli kəndində yaşadığı evdə (abunə kodu **********00120) “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən həmin mənzildə bir fazalı Smart kart tipli elektrik sayğacından kənar, yəni işıq dirəyindən birbaşa kənar xətt çəkildiyi aşkar edimiş, həmin fakt aşkarlanarkən iddiaçı da orada iştirak etmişdir. xx.xx.2023-cü il tarixli istifadə edilmiş enerji haqqında hissə-hissə ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, təchizatçı olan X7-nin Yevlax EŞ-nin balans və enerji satış şöbəsinin rəisi E.M.Nuriyev və istehlakçı olan Kəlbəcər rayonu Zar kəndindən məcburi köçkün Meyvəli kəndi 9010160D120 abunə kodu İddiaçı arasından istehlakçı xx.xx.2023-cü il tarixə X7-nin Yevlax EŞ-nə olan 857.47 manat məbləğində debitor borcunun mübahisəli olunmadığını qəbul edir və sənəddə göstərilmiş qrafik üzrə ödənilməsini öz öhdədinə götürür. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, "xxxx" ASC-nin Yevlax EŞ-də nəzərətçi vəzifəsində işlədiyini bildirmiş, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus olan Yevlax rayonu Meyvəli kəndində yerləşən fərdi yaşayış evində bir ədəd kənar xətt aşkar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 Qaydalarında dəyişiklik edilmişdir. Həmin Qərarla “Qaydalar”ın 8.32 və 8.33-cü bəndləri çıxarılaraq 8.17-ci bəndi yeni redaksiyada verilmişdir. Qaydalarının 8.17-ci bəndinə əsasən “İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablan. 8.17-1-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2-ci bəndinə əsasən “ İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydalarınci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş apamİomaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. ” Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Bununla yanaşı məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvana verilən elektrik enerjisini qeydə alan elektrik xəttinə kənar müdaxilə olunaraq əlavə xətt quraşdırılmışdır ki, yuxarıda qeyd olunan “X1 Qaydaları”na görə bu hal yolverilməzdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalı, xx.xx.2023-cü il tarixli 283791 №li akta əsasən hesablanmış 858,47 manat məbləğində elektrik enerjisi borcu İddiaçı abunə hesabından silinməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbi haqqında iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1013/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1013/2023
01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver