Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-102/2024 09.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə ünvan 1 ünvana dair, texniki inventarizasiya bürosunda 10 aprel 1986-cı ildə qeydə alınmış Qeydəalma Vəsiqəsinin (əsas Yevlax şəhər ZDS icraiyyə komitəsinin 12 sentyabr 1975-ci il tarixli 18 nömrəli iclas protokolundan çıxarışa əsasən) atası X11 məxsus olması faktının təstiq edilməsi barədə və Yevlax şəhəri S.Ə.Şirvani küçəsi 8 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququnun təsbit edildiyi JN 1101A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin digər ümumi birgə mülkiyyətçilərlə yanaşı, həmin şəhadətnamənin ona və atası X11 məxsus olması faktının təstiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanında yerləşən 0.05 ha torpaq sahəsinə dair verilmiş JN-1101A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən hüquq subyektlərinin adına və həmin ünvanda yerləşən fərdi yaşayış evinin atasının adına mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən çıxarış verilməsi xahişi ilə Maraqlı şəxs 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. 05 iyun 2023-cü il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN 1101A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən "X28” ilə ölüm haqqında şəhadətnamədəki “X22” və X23" ilə şəxsiyyət vəsiqənizdəki "Ərizəçi" adları arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanlar tərəfindən verilmiş sənədlərdə hər hansı düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. JN 1101A saylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyət hüququ təsbit edilmiş 0.05 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatı bağı təyinatlı torpaq sahəsi Yevlax rayonu Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı ilə ona və ailə üzvlərinə verilmişdir. Aşağıda adları göstərilən şəxslər həmin torpaq sahəsinin ümumi birgə mülkiyyətçiləridir. X4 əslində X12r. X2, qardaşı X24, qızı X25, qardaşı X23, bacısı X3r. Bundan başqa, yaşadıqları fərdi yaşayış evi atası Maarifə Abdullayev məxsus olmuş və həmin əmlakın atasına məxsusluğu Texniki invertarizasiya bürosunda 10 aprel 1986-ci ildə qeydə alınmışdır. Qeyd edilən hüquqmüəyyənedici sənəddə mülkiyyətçi olan atası barədə məlumat belədir. X19 (ata adı Sayad yazılmışdır.) Atasının xx.xx.2016-cı ildə vəfat etmiş, təstiq edən ölüm haqqında şəhadətnamədə məlumat belədir. X1 və anasının Cəfərova (Abdullayeva) Ballı Hüseyn qızı ilə Yevlax Rayon Qeydiyyat Şöbəsində xx.xx.1971-ci ildə 40 nömrəli akt qeydi ilə nikahları rəsmiləşdirilərkən atası barəsində məlumatlar belə yazılmışdır. X22 hazırda o və ailə üzvülərinin yaşadığı ünvan ünvan 3ylı 90101002 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən və Texniki invertarizasiya bürosunda 10 aprel 1986-cı ildə qeydə alınmış qeydəalma vəsiqəsinə əsasən, həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə bütün mülkiyyətçilərin adına, fərdi yaşayış evi isə atasının adına olmaqla mülkiyyət hüququnun təstiq edən Dövlət reyestrindən çıxarış almaq istəyir. Maraqlı şəxs 17 saylı Yevlax Ərazi İdarəsinə müraciəti cavab məktubunda göstərilən səbəblərdən nəticəsiz qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi iddianı müdafiə edərək və ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçia məxsus xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Abdullayev”, adı “Səyyad”, atasının adı “Marif”, doğulduğu yer “Yevlax şəhəri”, doğulduğu tarix isə “xx.xx.1980”, qeydiyyatda olduğu ünvan “ünvan 5i tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş nikah akt qeydindən görünür ki, X22 ilə X33 arasında bağlanmış nikah 1971-cü ilin mart ayının 19-cu günündə akt qeydləri kitabında 40 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada isə Abdullayeva soyadı verilmişdir. 10 aprel 1986-cı ildə qeydə alınmış Qeydəalma Vəsiqəsinin əsas Yevlax şəhər ZDS icraiyyə komitəsinin 12 sentyabr 1975-ci il tarixli 18 nömrəli iclas protokolundan çıxarışa əsasən X6 məxsus olmuşdur. İ-ЖГ seriyalı 297000 nömrəli, İV-ЖГ seriyalı 368801 nömrəli və İV-ЖГ seriyalı 368800 nömrəli doğum haqqında şəhadətnalərindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X13, xx.xx.1975-ci il təvəllüdlü X20 və xx.xx.1976-ci il təvəllüdlü X5 atası X29 və X2dır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X26, X8, X14, X15, X16, X17 və X9 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli, 10 saylı qərarı ilə Yevlax şəhərində yerləşən yerləşən fərdi yaşayış evinin həyətyanı 0,05 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-1101A №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X18 ifadəsində ərizəçinin anası olduğunu, həmçinin mərhum həyat yoldaşının adının Maarif, ata adının Sayad olduğunu, qeydəalma vəsiqəsində və torpaq sənədində isə adının Marif və ata adının isə Əyyaf yazıldığını və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə oğlunun adı isə Səyyad əvəzinə Səyyaf yazıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 və X10 ifadələrində ərizəçinin onların qardaşı olduğunu, mərhum atalarının adının Maarif, ata adının Sayad olduğunu, qeydəalma vəsiqəsində və torpaq sənədində isə adının Marif və ata adının isə Əyyaf yazıldığını, və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qardaşının adı isə Səyyad əvəzinə Səyyaf yazıldığını bildirmişlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, mərhum atasına məxsus olan 10 aprel 1986-cı ildə qeydə alınmış Qeydəalma Vəsiqəsinində göstərilmiş “ata adı” ölüm haqqında şəhadətnamədə göstərilən “ata adı” düz gəlmir, Qeydəalma Vəsiqəsinində “X27” əvəzinə “X19” yazılmış və JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” və “ata adı” ilə ölüm haqqında şəhadətnamədə göstərilən “adı” və ata adı düz gəlmir, şəhadətnamədə “X27” əvəzinə “X28” yazılmışdır. Ərizəçinin, JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş “adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X23” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, 10 aprel 1986-cı ildə qeydə alınmış Qeydəalma Vəsiqəsinində göstərilən “X19” ölüm haqqında şəhadətnamədə göstərilən “X22” ilə eyni şəxsdir və JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X28” ölüm haqqında şəhadətnamədə göstərilən “X22” ilə eyni şəxsdir və JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir ərizəçinin və mərhum atasının qeydəalma vəsiqəsində və dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 10 aprel 1986-cı ildə qeydə alınmış Qeydəalma Vəsiqəsinində göstərilən “X19” ölüm haqqında şəhadətnamədə göstərilən “X22” ilə eyni şəxsdir və JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X28” ölüm haqqında şəhadətnamədə göstərilən “X22” ilə eyni şəxsdir və JN-1101A KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir ərizəçinin və mərhum atasının qeydəalma vəsiqəsində və dövlət aktının onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-102/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-102/2024
09.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver