Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1033/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddaçı İddiaçı iştirakı ilə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh, X5, X6 və X2 qarşı “mirasdan payının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X7 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə və həyətyanı torpaq sahəsinin 1/7 hissəsinə payının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini mərhum X9 ilə birgə nikah müddətində əldə etmişlər. Hazırda həmin daşınmaz əmlaka-fərdi yaşayış evinə mülkiyyət hüququ üzrə Dövlət reyestrindən X10 adına çıxarış verilmişdir. Həmin çıxarışa əsasən 29.08.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə X14 yaşayış evinin tam, evin yerləşdiyi torpaq sahəsinin isə 1/7 hissəsinin mülkiyyətçisidir. Cavabdehlər onun uşaqları və eyni zamanda miras qoyanın, yəni mərhum ərinin birinci dərəcəli vərəsələridir. X9 12.03.2018-ci il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini həyat yoldaşı ilə onun birgə nikah müddətində əldə etdiyindən, fərdi yaşayış evinin 1/2 hissəsi ona məxsusdur. Hazırda o, mərhum X7 qalmış miras əmlaklara dair mirasdan payının ayrılmasını istəyir. O, qanunvericlikdə müəyyən edilmiş müddət ərzində mirası qəbul etmiş yeganə vərəsədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, mərhum X21la birgə nikahından 4 uşağı var, oğlu Əziz, qızları Bəyim, Alimə və Natəvan. X21 öldükdən sonra ondan miras qalmış əmlakı faktiki qəbul edən və miras əmlaka sahiblik edən yeganə vərəsə odur. Belə ki, oğlu Əziz və qızı Alimə Rusiyada yaşayırlar, qızı Alimə Rusiya Federasiyasının vətəndaşıdır ataları öldükdən sonra Azərbaycana gəlməmişlər və hətta atalarının yas mərasimində də iştirak etməmişlər. Qızı Bəyim də hazırda Rusiyada yaşayır və atasınin ölümündən bir neçə gün sonra Rusiyaya getmiş və bir daha qayıtmamışdır. Digər qızı Natəvan isə Yevlax şəhərində özünə məxsus evdə yaşayır. Miras əmlaka daxil olan evi mərhum əri ilə birgə nikah müddətində əldə etmişlər. Evin yerləşdiyi torpaq sahəsi isə Aqrar İslahat Komissiyasının qərarı ilə mülkiyyətlərinə verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Məmmədova(İsmayılova) Natəvan Vaqif qızı izahatında bildirmişdir ki, atası Vaqif Məmmədov vəfat etdikdən sonra anası İddiaçı atasına məxsus evdə yaşayaraq mirası qəbul etmişdir. Qardaşı Əziz və bacısı Alimə atası ölməmişdən xeyli əvvəl Rusiya Federasiyasına getmiş və hazırda da orda yaşayırlar. Onlar atasının yas mərasimində də iştirak etməmişlər. Bacısı Bəyim atasının ölümündən az sonra Rusiya Federasiyasına getmiş və həmin vaxtdan həmin ölkədə yaşayır. Özü isə atası ölməmişdən əvvəl ailə qurub və özünə məxsus evdə yaşayır. Anası İddiaçı atasından miras qalmış əmlaka miras hüququnun tanınmasına etirazı yoxdur və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X11 notarial qaydada təsdiq olunmuş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, atası Vaqif Məmmədovdan miras qalmış əmlaka anası İddiaçı pay hüququnun müəyyən edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh və X3 faktiki olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* №li çıxarışından görünür ki, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında 0,0452 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 144,5 m2 olan fərdi yaşayış evinə və torpaq sahəsinin 1/7 hissəsinə Məmmədov Vaqif Xudu oğlunun mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan və 28.08.2017-ci ildə təsdiq edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan” görünür ki, Yevlax şəhəri M.Ə.Rəsulzadə küçəsi 25 ünvanında yerləşən və ümumi sahəsi 144,5 m2 olan fərdi yaşayış evi 1986-cı ildə tikilmişdir. AZ-T 024297 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Məmmədov Vaqif Xudu oğlu ilə X13 arasında 20 avqust 1968-ci ildə nikah bağlanmışdır. Nikahdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. AZ-İ 928954 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 12.03.2018ci ildə ildə vəfat etmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 681 №-li, 13.04.2021-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; arvadı- xx.xx.1951ci təvəllüdlü İddiaçı, oğlu- xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh, qızı- 09.08.1973-cü il təvəllüdlü X11, qızı- 01.10.1982-ci il təvəllüdlü X8 və qızı- 03.12.1975-ci il təvəllüdlü X12. İş materiallarında olan doğum haqqında arayışlardan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh, 09.08.1973-cü il təvəllüdlü X4, 03.12.1975-ci il təvəllüdlü X3 və 01.10.1982-ci il təvəllüdlü X1 atası X14, anası İddiaçıdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 05.07.2021-ci il tarixli, 33/2288 nömrəli məktubundan görünür ki, Cavabdeh 29.04.2016-cı il tarixdə, X3 isə 07.04.2018-ci il tarixdə dövlət sərhədindən çıxışı barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Yevlax şəhər İcra Hakimiyyəti başçısının 1 saylı sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyini 14 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış mərhum Vaqif Məmmədovun vəfatından sonra həmin ünvanda arvadı İddiaçı yaşayır. Məhkəmə tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, iddiaçı, mərhum X21la 1968-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarında 4 uşaqları doğulmuşdur. İddiaçı və cavabdehlər miras qoyan Vaqif Məmmədovun birinci dərəcəli qanun üzrə vərəsələrdir(arvadı və uşaqları). Miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin 1/7 hissəsindən ibarətdir. Miras qoyan Vaqif Məmmədov 12 mart 2018-ci ildə ölmüşdür. İddiaçı miras əmlakda yaşayaraq mirası faktiki qəbul edən yeganə vərəsə olmuşdur. Cavabdehlərin miras əmlakı nə rəsmi, nə də faktiki qəbul etmələri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mərhum ərindən miras qalmış əmlaka faktiki sahiblik etməklə və onu idarə etməklə həmin miras əmlakı qəbul etmiş sayılır və onun miras əmlaka pay hüququ müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13 mart 2018-ci il tarixdə vəfat etmiş X7 miras qalmış- ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 144,5 m2 olan fərdi yaşayış evinin 1/2 hissəsinə və həmin evin yerləşdiyi torpaq sahəsinin 1/7 hissəsinə İddiaçı payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1033/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1033/2021
28.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver