Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-104/2025 13.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X4 Xidməti Rüblük Hüquqi şəxs X5 Sistemlərinin İstismar İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X4 Xidməti Rüblük Hüquqi şəxs X5 Sistemlərinin İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X4 Xidməti Rüblük Hüquqi şəxs X5 Sistemlərinin İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırda cavabdehlə razılıq əldə etdiklərini, borcu hissə-hissə ödəyəcəyini bu səbəbdən də iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X4 Xidməti Rüblük Hüquqi şəxs X5 Sistemlərinin İstismar İdarəsinin nümayəndəsi X3, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Dövlət X1 tabeliyində X4 Xidməti Rüblük Hüquqi şəxs X5 Sistemlərinin İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-104/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-104/2025
13.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver