Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1041/2021 29.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə işə açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı 09.12.1968-ci il təvəllüdlü Sadıqova Aybəniz Şəmsəddin qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirmişdir ki, 09.12.1968-ci ildə anadan olmuş Sadıqova Aybəniz Şəmsəddin qızı ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. 2018-ci ilin noyabr ayında Aybəniz Sadıqovanın vəziyyəti kəskin ağırlaşmış və onu X2 aparmışdır. Orada ona "Sağ hemisferin intraparenximatoz hematomasf diaqnozu qoyulmuş və cərrahi əməliyyat aparılaraq "hematomanın çıxarılması" əməliyyatı yerinə yetirilmişdir. Əməliyyatdan sonra Sadıqova Aybəniz Şəmsəddin qızı nitq və hərəkət qabiliyyətini itirmişdir. Hal-hazırda əlil arabasına və kənar şəxsin qulluğuna ehtiyacı var. X4 Şəmsəddin qızının əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi üçün TSEK-ə Forma 88 №-li göndəriş verilmişdir. TSEK-də sonuncu müayinədən sonra Sadıqova Aybəniz Şəmsəddin qızına 02.08.2019-cu ildən müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Hal-hazırda arvadı faktiki olaraq fəaliyyət qabiliyyətsizdir. Öz hərəkətlərinin mənasının anlaya bilmir və öz hərəkətlərini idarə edə bilmir. Sadıqova Aybəniz Şəmsəddin qızının xəstə olmasını nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Yevlax rayonu Salahlı kənd icra nümayəndəliyi tərəfindən 11.11.1992-ci il tarixdə verilmiş Vİ-ЖГ 290477 №li nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X1 arasında bağlanmış nikah 1992-ci ilin noyabr ayının 11-ci günündə akt qeydləri kitabında 28 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada isə Sadıqova soyadı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair 31.03.2021-ci il tarixli məlumatından görünür ki, Sadıqova Aybəniz Şəmsəddin qızının sağlamlıq imkanları məhduddur və kənar şəxsin qulluğuna ehtiyacı var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş 20.06.2021-ci il tarixli 97 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Sadıqova Aybəniz Şəmsəddin qızı xronili xəstəlik olan multiinfarkt demensiyası (ağıl zəifliyi), davranış pozğunluqları ilə XBT- 10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.1 xəstəliyi keçirdiyindən hal-hazırda öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Sadıqova Aybəniz Şəmsəddin qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 09.12.1968-ci il təvəllüdlü Sadıqova Aybəniz Şəmsəddin qızı öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 09.12.1968-ci il təvəllüdlü Sadıqova Aybəniz Şəmsəddin qızı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1041/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1041/2021
29.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver