Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1060/2022 02.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeha qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,239.79 manat borc məbləğini və iddia ərizəsi üçün banka ödədiyi 31.79 manat dövlət rüsumunun, iddia ərizəsinin tərtibi üçün vəkil xidmətinə görə banka ödədiyi 50 manat məbləğin, cəmi 1,239.79 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsini belə əsaslandırmışdır ki, Yevlax şəhərində mobil telefonların və telefon aksessuarlarınm alqı-satqısı ilə məşğuldur. Cavabdeh xx.xx.2019-cu il tarixdə, xx.xx.2019cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə müxtəlif vaxtlarda, müxtəlif markalı dörd ədəd mobil telefonlar almışdır. Belə ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh 590.00 manat (20 manat komissiya haqqı ilə birlikdə) dəyərində, 100.00 manat ilkin ödəniş etməklə 10 ay müddətinə, ayda 49.00 manat ödəmək şərti ilə REDMİ NOTE 8 markalı mobil telefon almışdır. Lakin cavabdeh ona təqdim olunmuş aylıq ödəniş cədvəli üzrə əvvəl beş ay ödəniş etsə də, sonradan heç bir ödəniş etmədi. Nəticədə həmin müqavilə üzrə cavabdehin 245.00 manat və 20 manat komissiya haqqı, cəmi 265.00 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh 510.00 manat dəyərində, 40.00 manat ilkin ödəniş etməklə 10 ay müddətinə, ayda 45.00 manat ödəmək şərti ilə REDMİ Mİ A 2 LİTE markalı mobil telefon almışdır. Lakin cavabdeh ona təqdim olunmuş aylıq ödəniş cədvəli üzrə səkkiz ay ödəniş etsə də, sonradan ödəniş etmədi. Nəticədə həmin müqavilə üzrə cavabdehin 90.00 manat və 20 manat komissiya haqqı, cəmi 110.00 manat borcu qalmışdır. xx.xx.2019-cu il tarixdə Cavabdeh 680.00 manat dəyərində, 70.00 manat ilkin ödəniş etməklə 12 ay müddətinə, ayda 49.00 manat ödəmək şərti ilə SAMSUNG A7 markalı mobil telefon almışdır. Lakin cavabdeh ona təqdim olunmuş aylıq ödəniş cədvəli üzrə 6 ay ödəniş etsə də, sonradan ödəniş etmədi. Nəticədə həmin müqavilə üzrə cavabdehin 294.00 manat 20 manat komissiya haqqı, cəmi 314.00 manat borcu qalmışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh 510.00 manat dəyərində, 50.00 manat ilkin ödəniş etməklə 6 ay müddətinə, ayda 75.00 manat ödəmək şərti ilə REDMİ NOTE 8 markalı mobil telefon almışdır. Lakin cavabdeh ona təqdim olunmuş aylıq ödəniş cədvəli üzrə ödəniş etmədi. Nəticədə həmin müqavilə üzrə cavabdehin ona (450 manat telefon + 9 manat aksessuar = cəmi 459) 459.00 manat, 10 manat komissiya haqqı, cəmi 469.00 manat borcu qalmışdır Cavabdeh əvvəllər ödəniş cədvəlinə uyğun ödənişlər etsə də, sonradan aralarında olan razılaşmanı pozaraq olan borcunu qaytarmadı. Cavabdehin bu səbəbdən hazırda müxtəlif vaxtlarda ondan almış olduğu mobil telefon və aksessuarın borcu cəmi 1,158 manat borcu yarandı. Dəfələrlə etdiyim xahişlərə və tələblərə baxmayaraq cavabdeh bu günədək mənə olan borcunu qaytarmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh hazırlıq iclası zamanı borcunu tam olaraq tiraf etmişdir. Lakin, məhkəmə baxışının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Cavabdeh tərəfindən imzalanmış ödəniş cədvəllərindən müəyyən olunur ki, o, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixlərdə dörd ədəd mobil telefonlar almaqla ödəniş cədvəllərinə uyğun olaraq ödənişlərin ödənilməsini öhdəsinə götürmüşdür. Maliyyə arayışlarından müəyyən olunur ki, xx.xx.2019-ci il tarixli 24/212 saylı kredit müqaviləsi üzrə 90 AZN əsas borc, 20 AZN komisiya borcu vardır, xx.xx.2019-ci il tarixli 24/212 il tarixli 24/212 saylı kredit müqaviləsi üzrə 294 AZN əsas borc, 20 AZN komisiya borcu vardır, xx.xx.2019-ci il tarixli 24/212 saylı kredit müqaviləsi üzrə 245 AZN əsas borc, 20 AZN komisiya borcu vardır, xx.xx.2020-ci il tarixli 24/212 saylı kredit müqaviləsi üzrə 459 AZN əsas borc, 10 AZN komisiya borcu vardır. Ödəniş qəbzindən müəyyən olunur ki, vəkil xidməti üçün 50 manat ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh iddiaçıdan xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixdə və xx.xx.2020-ci il tarixdə dörd ədəd mobil telefonları nisyə almış və həmin telefonların dəyərini hissə-hissə ödəməyi üzərinə götürmüşdür. Lakin, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə onun borc yaranmışdır. Borcun düzgün hesablanmadığına dair əsaslar müəyyən edilməmiş, cavabdeh buna etiraz etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Ödənilmiş məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-ci il tarixli 24/212 saylı müqavilə üzrə 90 manat əsas borc, 20 manat komisiya xərci, xx.xx.2019-ci il tarixli 24/212 il tarixli 24/212 saylı müqavilə üzrə 294 manat əsas borc, 20 manat komisiya xərci, xx.xx.2019-ci il tarixli 24/212 saylı müqavilə üzrə 245 manat əsas borc, 20 manat komissiya xərci, xx.xx.2020-ci il tarixli 24/212 saylı müqavilə üzrə 459 manat əsas borc, 10 manat komissiya xərci, habelə 31.79 manat ödənilmiş dövlət rüsumunun və 50 manat vəkil xidmətinin ödənilməsi xərcinin əvəzi, cəmi 1,239 (bir min iki yüz yetmiş doqquz) manat 79 (yetmiş doqquz) qəpik İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1060/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1060/2022
02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver