Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1090/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə yaratmış olduğu 2954,80 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********00647 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış ÜG 6807 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 01.08.2013-cü il tarixdən 12.09.2017-ci il tarixə kimi, 12.09.2017-ci il tarixdən hal-hazıra kimi isə VİKO-M580DB0T tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Cavabdeh ilə Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 06.11.2015-ci il tarixinə 483,90 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğaclarının enerji sərfiyyat göstəricilərinə əsasən 11.11.2015-ci il tarixdən 14.03.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 3575,10 manat təşkil edən 52082 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-ci il tarixdə "xxxx" ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 809,98 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq cavabdeh elektrik enerjisindən ayrılmış limitdən (1 nəfər üçün 21 manat) artıq istifadə etdiyinə görə 14.03.2021-ci il tarixinə 2954,80 manat məbləğində debitor borc yaratmışdır. Cavabdehin yaşadığı ünvana 21 yanvar 2021-ci il tarixli, 93 №-li pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 2954,80 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə "borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 26.02.2021-ci il tarixdə ona ünvanlanmış pretenziyanı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Ödəniş etməkdən qəsdən yayınmaqla cavabdeh "xxxx" ASCyə 2954,80 manat məbləğində ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh X4 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan abunə kodu **********00647 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçı Cavabdeh Yevlax rayonu Kövər kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 2954,80 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 2954,80 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 2954,80 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 2954 (iki min doqquz yüz əlli dörd) manat 80 (səksən) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1090/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1090/2021
28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver