Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1091/2021 28.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 1379,03 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin “Proqram bazasında” **********00514 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi 06111282 olan elektrik hesablama sayğacı vasitəsi ilə 09.06.2010-ci il tarixdən hal-hazıra kimi istifadə edir. Cavabdeh N. Həşimova ilə Enerji təchizatı müəssisəsi arasında “Elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 13.11.2015-ci il tarixinə 74,10 manat məbləğində debitor borcu olmuşdur. Cavabdeh yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən 13.11.2015-ci il tarixdən 06.03.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 3153,43 manat təşkil edən 45159 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. Cavabdeh məcburi köçkün kimi Yevlax rayonunun Salahlı kəndində məskunlaşaraq elektrik enerjisindən dövlət tərəfindən ayrılmış limitə (adambaşına 150 Kvt) uyğun olaraq istifadə etməli olduğu halda israfçılığa yol verərək elektrik enerjisindən limitdən artıq miqdarda istehlak etmişdir. Nəticədə onun elektrik enerjisindən istifadəyə görə 06.03.2021-ci il tarixinə 1379,03 manat məbləğində debitor borcu yaranmışdır. 31.12.2016-cı il tarixindən "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 454,56 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq cavabdeh elektrik enerjisindən ayrılmış limitdən (3 nəfər üçün 63 manat) artıq istifadə etdiyinə görə 1379.03 manat məbləğində debitor borc yaratmışdır. Cavabdeh tərəfindən elektrik sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən 10.04.2017-ci il tarixindən 09.03.2021-ci il tarixinə kimi dəyəri 3106,39 manat təşkil edən 44377 kvt saat miqdarında elektrik enerjisi istehlak edilmişdir. Cavabdeh məcburi köçkün olduğundan “Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi” tərəfindən ailə üzvlərinin sayına (3 nəfər) uyğun olaraq ayda 63 manat məbləğində pul vəsaiti onun Yevlax EŞ-nin proqram bazasında qeydiyyatda olan istehlakçı kodu üzrə hesabına ödənilir. Qeyd olunan dövr ərzində onun hesabına 3024 manat məbləğində pul vəsaiti yüklənmişdir. Cavabdeh tərəfindən elektrik enerjisindən limitdən (aylıq 300 kvt) artıq dəyəri 1296,04 manat təşkil edən elektrik enerjisi istehlak edildiyindən həmin məbləğ ona ayrılmış 3024 manat məbləğindən çıxılmışdır. 3024 manat -1296,04 manat = 1727,96 manat istehlak olunmuş elektrik enerjisinin 3106,39 manat məbləğindən 1727,96 manat məbləğində limit çıxıldıqda cavabdehin 1379,03 manat məbləğində ödənilməli olan debitor borcu yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Aytən İbrahimova iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, məcburi köçkün kimi Salahlı kəndində yerləşən xəstəxana binasında yaşayır və yaşadığı yerə təbii qaz verilmir. Məcburiyyət qarşısında qalaraq elektrik enerjisindən istifadə edir və hazırda yaranmış borcunu ödəməyə imkanı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsi və cavabdehin izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan abunə kodu **********00514 olan Abunə haqqında sənəddən görünür ki, Cavabdeh Yevlax rayonu Salahlı kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 1379,03 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Salahlı kəndində yerləşən yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh 2017-ci ildən istifadə etdiyi elektrik enerjisinin haqqını tam olaraq ödəməmiş və nəticədə 1379,03 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1379,03 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1379 (bir min üç yüz yetmiş doqquz) manat 03 (üç) qəpik məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1091/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1091/2021
28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver