Məhkəmə qərarları › İş №2(039)-1092/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1092/2021

02.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1092/2021 02.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 1385,24 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00239 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 21.04.2010-cu il tarixdən 12.09.2017-cu il tarixinə kimi, 12.09.2017-ci il tarixindən hal-hazıra kimi isə VİKO- M580DB0T tipli, zavod nömrəsi ******* olan elektrik hesablama sayğacı vasitəsi ilə istifadə edir. Cavabdeh ilə Enerji təchizatı müəssisəsi arasında "Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “enerji təchizatı müəssisəsi istehlakçını (məişət abonenti) keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş “Bildirişxəbərdarlığa” uyğun olaraq ödəyir. Elektrik enerjisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 06.11.2015-ci il tarixinə 780,47 manat məbləğində debitor borcu olmuşdur. Cavabdehin yaşadığı evdə istismarda olmuş elektrik hesablama sayğaclarının enerji sərfiyyatı göstəricilərinə əsasən 11.11.2015-ci il tarixdən 14.03.2021-ci il tarixinə kimi olan dövr ərzində dəyəri 3228,46 manat təşkil edən 46938 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-cı il tarixindən “xxxx”ASC tərəfindən məcburi köçkünlərin elektrik enerjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 931,60 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Buna baxmayaraq cavabdeh elektrik enerjisindən ayrılmış limitdən 01.01.2017ci il tarixdən 30.06.2018-ci il tarixinə kimi 3 nəfər üçün 63 manat, 30.06.2018-ci il tarixdən 14.03.2021-ci il tarixinə kimi 2 nəfər üçün 42 manat artıq istifadə etdiyinə görə 14.03.2021ci il tarixinə 1385,24 manat debitor borc yaratmışdır. 01.01.2017-ci il tarixdən hal-hazıra kimi Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi tərəfindən cavabdeh Cavabdeh Yevlax EŞ-nin “Proqram bazasında” qeydiyyatda olan istehlakçı kodu üzrə hesabına ümumilikdə 2331 manat məbləğində limitə uyğun olaraq pul vəsaiti ödənilmişdir. Həmin dövrdə cavabdeh tərəfindən ayrılmış limitdən(300 kvt) artıq 945,76 manat məbləğində elektrik enerjisi istehlak edildiyindən cavabdehin 1385,24 manat (2331manat- 945,76 manat=1358,24 manat) məbləğində ödənilməli olan debitor borcu yaranmışdır. Cavabdeh yaşadığı ünvana 21 yanvar 2021-ci il tarixli pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 1385,24 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə "borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 26.02.2021-ci il tarixdə ona ünvanlanmış pretenziyanı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Cavabdeh yaşadığı əraziyə xidmət edən nəzarətçi mühəndis tərəfindən sayğac göstəriciləri hər ay mini kompyuter vasitəsi ilə oxunaraq istehlak edilmiş elektrik enerjisinin miqdarı, dəyəri və qalıq borc məbləği göstərilən “Bildiriş-xəbərdarlıq” təqdim edilməsinə baxmayaraq, cavabdeh ödəniş etməkdən qəsdən yayınmaqla "xxxx" ASC-yə 1385,24 manat məbləğində ziyan vurmuşdur. İddiaçı “xxxx” ASC-nin nümayəndəsi A.İbrahimova məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh oğlu izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün sərf etdiyi elektrik enerjisinin pulunu ödəyə bilmir. İddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan abunə kodu **********00239 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçı Cavabdeh Yevlax rayonu Kövər kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 1385,24 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh 2017-ci ildən istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 1385,24 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1385,24 manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1385(bir min üç yüz səksən beş) manat 24(iyirmi dörd) qəpik məbləğində borc və 30(otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh “xxxx” ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar