Məhkəmə qərarları › İş №2(039)-1096/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1096/2021

24.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1096/2021 24.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, X9 və İddiaçı1 nümayəndəsi X2 Cavabdeh1 nümayəndəsi X3, nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X24 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X20 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X24 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X20 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, şəhadətnamənin ləğvi və çıxarışın ləğvi ilə bağlı iddia tələblərinə miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, atası ölməmişdən əvvəl onun evində yaşamış və atasına o baxmışdır. Bacısı Əfruz gəlini ilə dolanmadığından onun oğlu ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşayır. Mirası faktiki olaraq heç biri qəbul etməmişdir. Lakin Əfruz özünü tək vərəsə kimi göstərərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Atasının ölümündən sonra bacıların hamısının şifahi razılığı əsasında Əfruzun oğlu və gəlini həmin evə köçərək yaşamasına razılıq verilmişdir. Lakin oğlu orada birgə yaşayış qaydalarına riayət etmir. Onun orada yaşaması qonşular tərəfindən də pis qəbul olunur. Əfruz özü həmin evə ayda 1 dəfədən artıq getməmişdir. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, atasına sağlığında İddiaçı1 baxmışdır. Hazırda da miras ona çatmalıdır. Nə onlar nə də cavabdeh vaxtında mirası qəbul etməmişdir. Lakin cavabdeh adına şəhadətnamə almışdır. Bu səbəbdən də, hazırda mirasdan payını istəyir. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbərləri olubdur. Onların hamısının şifahi razılığı əsasında Azər həmin evə köçmüşdür. İddiaçı2 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı X20 iddia tələbini müdafiə edərək izah etdi ki, atası 2016-cı ildə vəfat etmişdir. Ondan Yevlax rayonu, Qoyuninəsi kəndində iki otaqlı ev miras qalmışdır. Hamısının ailəsi və öz evləri var. Mirası faktiki olaraq heç biri qanunla müəyyən edilmiş müddətdə qəbul etməyib. Müddəti onlar və cavabdeh də buraxmışdır. Lakin 2019-cu ildə cavabdeh notariusa özünü tək vərəsə kimi göstərərək, adına vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin şəhadətnaməni alarkən, ona avtomobillə bağlı zəng gəlmişdir. Lakin avtomobil etibarnamə əsasında satılmışdır və atasına məxsus deyildir. Bu səbəbdən də həmin işə qarışmamışdır. Cavabdehin oğlunun həmin evə köçməsindən xəbəri var idi. Hazırda həmin miras qalmış ev atalarının bütün vərəsələri arasında bərabər bölünməlidir. İddiaçı X20 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 nümayəndəsi X4 iddia tələbini müdafiə edərək izah etdi ki, babası 2016-cı ildə vəfat edib. Onun 5 nəfərdən ibarət vərəsələri qalmşdır. Lakin mirası bir nəfər saxta sənədlər əsasında qəbul etmişdir. Notarius belə öz funksiyasını düzgün olaraq icra etməmişdir. Cavabdeh1 da iddiaçılar kimi mirasda bərabər payçıdır. Cavabdeh də iddiaçılar kimi mirasın qəbul etmə müddətini ötürmüşdür. Cavabdeh həmin evə öz oğlunu yerləşdirmişdir. Cavabdeh də ayda 1 dəfə olaraq həmin evə gedib-gəlmiş ola bilər, bu isə mirasın faktiki qəbul edilməsi demək deyil. İddiaçı1 nümayəndəsi X4 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin əvvəlki iclasında İddiaçı3 izah etmişdir ki, atalarının beş vərəsəsi var. Cavabdeh özünü tək vərəsə kimi göstərərək mirası qəbul etmişdir. Mirası heç kim qəbul etməyib, miras qoyan belə həmin evdə yaşamamışdır. Atası Təranənin evində yaşamışdır. Yasdan sonra da hamı dağılışıb öz evinə getmişdir. Ondan sonra da həmin evə getməmişlər. Cavabdeh isə həmin evə öz oğlunu və gəlinini yerləşdirib. Bu da mirasın faktiki olaraq qəbul edilməsi deyil. Onlar mirası faktiki olaraq qəbul etməsələr də, paylarından da imtina etməmişlər. Cavabdeh1 nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Musa Səlimov 2016-cı ildə vəfat etmişdir. Onun ölümündən sonra iddiaçılar mirasla maraqlanmamışlar. Həyat yoldaşı Əfruz isə həmin evdə oğlu və gəlini ilə birlikdə bir müddət köçüb yaşamışdır. Əfruz notariusa müraciət edərək, qanunla müəyyən edilmiş qayda da mirası qəbul etmişdir. Yəni mirası həm faktiki, həm də qanuni şəkildə cavabdeh qəbul etmişdir. Hal-hazırda da həmin evdə onun övladı yaşayır. Faktiki olaraq ev bacıların hamısının şifahi razılığı əsasında Əfruza verilmişdir. O da həmin evə oğlu və gəlinin yerləşdirmişdir. Cavabdeh1 nümayəndəsi X5 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, Musa Səlimov 2016-cı ildə vəfat etdikdən sonra cavabdeh mirası faktiki olaraq qəbul etmişdir. Daha sonra isə notariat kontoruna müraciət edərək, mirası rəsmi olaraq da qəbul etmişdir. İddiaçılar isə əksinə mirasın qəbul edilməsi ilə bağlı müddəti buraxmışlar. Mirası nə faktiki nə də rəsmi olaraq qəbul etməmişlər. Bunu özləri də etiraf edir. Hazırki iddia əsassızdır. Cavabdeh1 nümayəndəsi və vəkili X17 məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X24 xidmət mərkəzi məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 05 aprel 2021-ci il tarixdə verilmiş 597 saylı arayışdan məlum olur ki, X21 vəfat edənə kimi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşamış və onun övladları aşağıdakı kimidir: qızı İddiaçı3; qızı X20; qızı Cavabdeh1; qızı X12; qızı İddiaçı1. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli 29 aprel 2019-cu il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətindən məlum olur ki, X10 Yevlax rayonu, Qoyunbinəsi kəndində 0.27 ha torpaq sahəsi və 63.90 kv.m fərdi yaşayış evi vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh1 X11 miras qalmış Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinin və fərdi yaşayış evinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 X11 qalmış mirası Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, Cavabdeh1 X11 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışın surətindən məlum olur ki, X21 vəfat edənə kimi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yaşamış vəfatından sonra təsərrüfatında onunla birgə yaşayan aşağdakı ailə üzvləri qalmışdır: X18 vəfat edib; Cavabdeh1. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh1 X11 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X13 məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Qoyunbinəsi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş 658 saylı arayışdan məlum olur ki, X21 1994-cü ildən 2016-cı ilə kimi İddiaçı1 evində yaşamış və Səlimov Musaya o baxmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nəsimi RİH-nin Nəsimi rayon Mənzil kommunal Təsərrüfatı birliyinin 77 saylı Mənzil Komunal İstismar sahəsi tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş 531 saylı arayışdan məlum olur ki, Seyidzadə küçəsi ev 17, mənzil 4 17 aprel 2003-cü il tarixdən İddiaçı1 məxsusdur. X6 10 may 1997-ci il tarixindən 14 aprel 2016-cı il tarixə kimi qeydiyyatda olub. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qoyunbinəsi Bələdiyyəsi tərəfindən 22 iyun 2021-ci il tarixdə verilmiş 147 saylı arayışdan məlum olur ki, X21 1994-cü ildən vəfat etdiyi günə kimi İddiaçı1 evində yaşamışdır. Beləliklə məhkəmədə müəyyən edildi ki, X1 Mayıl Əvəz qızı 08 avqust 1955-ci il tarixdə evlənmişlər. Birgə nikahlarından beş övladları olmuşdur. X18 vəfat etmişdir. X21 isə 30 iyun 2016-cı il tarixdə vəfat etmişdir. X8 Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evi miras qalmışdır. İddiaçılar mirası nə faktiki, nə də rəsmi olaraq qəbul etməmişlər. Cavabdeh isə mirası faktiki olaraq qəbul etmiş və oğlunun həmin evə yerləşdirmişdir. İddiaçıların bundan xəbərləri olmuşdur. Cavabdeh 25 iyul 2019-cu il tarixdə notariat ofiinə müraciət edərək, X8 miras qalmış Vaz 21213 minik markalı ** GL *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini, Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsini və fərdi yaşayış evini rəsmi olaraq qəbul etmişdir. Bu barədə cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh həmin vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında Yevlax rayonu, Qoyunbinəsi kəndində yerləşən torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almışdır. İddiaçılar cavabdehin özünü tək vərəsə kimi göstərərək mirası qəbul etdiyini əsas gətirərək, mirası qəbul etdiyindən məhkəməyə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişlər. İddiaçıların vərəsəliyin qəbul edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdən məlumatları olmuş və onlar mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. İş üzrə tərəflər arasında mövcud olan mülki mübahisənin həlli ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145 və 1146-cı maddələrinin tələbinə görə, miras, fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1133-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (maddə 1133.1.). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (maddə 1133.2.). Həmin Məcəllənin 1134-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (maddə 1134.1.). Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər (maddə 1134.2.). Məcəllənin 1159-ci maddəsinin mənasından görünür ki, ölənin uşaqları, onun ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar (maddə 1159.1.1.). Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (maddə 1243.1.). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədəərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (maddə 1243.2.). Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçılar isə atasının ölməsi məqamına mirası faktiki qəbul etməmişlər, miras əmlakın idarə edilməsində iştirak etməmişlər, mirasın qəbulu ilə bağlı müvafiq ərizə ilə notariat kontoruna müraciət etməmişlər, hüquqlarını rəsmiləşdirməmişdirlər. Cavabdeh tərəf, Cavabdeh1 iddiaçıların razılığı ilə həmin evə yiyələnmiş və həmin evi miras kimi faktiki qəbul etmiş, oğlu ilə gəlinin həmin evə yerləşdirmişdir. Belə ki, mirasın faktiki qəbul edilməsi dedikdə, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunudan belə bir nəticəçıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Mirası faktiki qəbul edilməsi - miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək üsulları vasitəsi ilə həyata keçirilir. Qeyd edilən üsullar müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi, əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması və s. Eyni zamanda Məhkəmə qeyd edir ki, iddiaçılar mirası qəbul etmədiyinə görə cavabdehin adına verilmiş vərəsəlik şəhadətnaməsini mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Belə ki, miras əmlakla bağlı mübahisə açmaq və vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək hüququna yanız miras əmlakı qəbul etmiş vərəsələr malikdir. Hazırkı işdə də iddiaçılar vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirmək üçün əvvəla mirası əmlakı qəbul etmələrini sübut etməlidirlər. Lakin iddiaçıların mirası əmlakı qəbul etməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmışşəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməkləşüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdəöz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci vəüçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X24 xidməti mərkəzinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi və mirasə əmlakın bərabər bölünməsi tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X9 Cavabdeh1 və maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə və X24 xidməti mərkəzinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında 25 iyul 2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin və ********** qeydiyyat nömrəli 14 avqust 2019-cu il tarixli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar