Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-110/2024 29.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, qanuni nümayəndəsi Nümayəndə və vəkili Vəkil Cavabdehlər Cavabdeh2 və Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızına iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı «mirasın kütləsinə bütüvlükdə payının müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızına və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı «mirasın kütləsinə bütövlükdə payının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2022-ci ildə vəfat etmiş atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair onun yeganə vərəsə olaraq mirasdan payının (bütövlükdə miras əmlaka dair) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlərin həmin evdə heç bir payı yoxdur. İddiaçı qanuni nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər ikisi də ailəlidilər. Evləri də var. Evi anaları üçün istəyirlər. Anaları mərhum X3 iddia qaldıraraq pay istəmişdir. Lakin heç nə əldə edə bilməmişdir. Cavabdehlər atalarının sağlığında atalarından imtina etmişlər. Onlara ev verməyəcəkdir. Ev yararsız vəziyyətdə olmuş, həmin evə xərc çəkib düzəltdirmişdir. İddiaçı vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlərə mirasdan pay verilməli deyil. Cavabdehlər mirası faktiki olaraq qəbul etməyiblər. Ataları ağır həyat tərzi keçirmiş, onun qulluğunda dayanmamışlar. Eyni zamanda ev xaraba vəziyyətdə olmuş və iddiaçının qanuni nümayəndəsi tərəfindən abad şəkilinə salınmışdır. Hesab edirlər ki, cavabdehlərə payın verilməsi ədalətsizlik olardı. Cavabdeh2 məhkəmə iclasında izah etdi ki, mirasdan payını tələb edir. Cavabdeh Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızı məhkəmə iclasında izah etdi ki, onlar altıncı sinifdə oxuyana kimi həmin evdə yaşamışlar. Sonradan məcburi şəkidə dayılarının evinə köçmüşlər. Ataları həbsə düşəndə nənələri xahiş etdi ki, onun yanına gedib-gəlmək üçün pulu yoxdur. Onlar məcbur evdən çıxaraq, evi kirayəyə vermişlər. Atası ilə münasibətləri yaxşı olmuşdur. Atası həbsdən çıxdıqdan sonra onun toyunda belə iştirak etmişdir. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisi məhkməyə ərizə ünvanlayaraq, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Asan Xidmət Mərkəzində Notariat ofisinin 31 iyul 2023-cü il tarixli 1893/2023 saylı məktubundan məlum olur ki, Nümayəndə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 08 may 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, ünvan 1 ünvanında yerləşən mənzil X3 məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 01 sentyabr 2023-cü il tarixli 05/09lS/152318-23 saylı arayışından məlum olur ki, 08 mart 2022-ci ildək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: X2 vərəsələri qızı- Cavabdeh2 (xx.xx.2000), qızı - Cavabdeh3 (xx.xx.2002), qızı – İddiaçı (xx.xx.2006). İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 02 aprel 2022-ci il tarixli AZ-ll 249361 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 08 mart 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 31 iyul 2010-cu il tarixli AZ-ll 479577 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 20 avqust 2006-cı il tarixdə anadan olmuşdur. Beləliklə məhkəmədə müəyyən edildi ki, X4 08 mart 2022-ci il tarixdə vəfat etmişdir. X1 ünvan 1 ünvanında yerləşən mənzil miras qalmışdır. Miras qoyanın 3 nəfər birinci növbə vərəsələri vardır. İddiaçı məhkəməyə müraciət edərək, onun miras əmlaka bütövlükdə paylarının müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər paylarından imtina etməmişlər. Hazırda onlarla çatan paylarını tələb edillər. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında yerləşən X1 miras qalmış mənzildə İddiaçı, Cavabdeh2nun və Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızının hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən X1 miras qalmış mənzildə İddiaçı, Cavabdeh2nun və Mustafayeva (Ələkbərova) Qumru Rəşid qızının hər birinin 1/3 hissədə payları müəyyən edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-110/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-110/2024
29.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver