Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-111/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi Mayıs qızının nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi Mayıs qızının “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Mayıs qızı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı verilmiş JN-0098 saylı 90105038 kodu torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 2-ci adlı siyahısında X5 adına verilmiş torpaq səhəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Hacıselli kəndi ərazisində 0.71 hektar torpaq sahəsi verilmişdir.Buna dair adılarına Dpvlət aktı işlənmişdir. Lakin həmin dövlət aktında onun adı səhvən Gülsurə kimi yazılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə səhvin düzəlməsi ilə bağlı müraciət etsə də ona məhkəməyə məhkəməyə müraciət etməyi bildirmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X15 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Belə ki, Yevlax rayonu Havarlı sovetliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş XVİİ-ЖГ seriyalı 369291 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1993-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası- Nümayəndə, anası- X3r. Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Abbasova”, adı “Nuridə”, atasının adı “Mayis”, doğulduğu tarix isə “xx.xx.1993” göstərilmişdir. Yevlax rayonu, Havarlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, X4 ondan ötür ki, vətəndaşın adına olan Azərbaycan Respublikası Torpağın mülkiyyət hüququna dair JN-0098 Kod 90105038 olan dövlət aktında qızı Ərizəçi adı texniki səhv olaraq X2 qeyd olunmuşdur. JN-0098 KOD 90105038 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X1, X7 və X6 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 33 saylı qərarı ilə Yevlax rayonu Hacıselli kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,71 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0098 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09İS/055389-22 №-li, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X10 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı-xx.xx.1967-ci il təvəllüdlü Nümayəndə və qızı xx.xx.1993-cü il təvəllüdlü Ərizəçi Məhkəmə iclasında şahid qismində ifadə vermiş X12 və X14 ifadələrində bildirmişdir ki, ərizəçi onların qohumudur. Ərizəçinin adının Nuridə olduğunu bildirmişdirlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin, JN-0098 KOD 90105038 №-li “torpağa mülkiyyət hüququna dair şəhadətnamələr”də göstərilmiş “adı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X9” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0098 KOD 90105038 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X9” AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və ərizəçi həmin dövlət aktlarının ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0098 KOD 90105038 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktlarının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-111/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-111/2023
10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver