Məhkəmə qərarları › İş №2(039)-113/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-113/2021

10.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-113/2021 10.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1-ci qrup əlil əmisi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, əmisi X3 xx xxxxxx 1979-cu il tarixdə anadan olmuşdur. Əmisi psixi xəstə və birinci qrup əlil olduğu üçün, Ruhi-əsəb xəstəlikləri dispanserində qeydiyyatdadır. Uzun illərdir ki, əmisinə özü baxır. X1 xəstəliyi ilə əlaqədar məktəbə getməmiş və hər hansı bir təhsil almamışdır. Əmisi xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Məhkəmədən xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2015-ci il tarixli AZ-lll 626656 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonucu müayinəyə dair məlumatdan görünür ki, xx xxxxxx 1979-cu il tarixdə anadan olmuş X3 «orta kəmağıllıq, kəskin imbesillik dərəcəsində, psixopatabənzər davranışla nitqin inkişafının qalması» diaqnozu ilə ruhi qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxx 2014-cü il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1998-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Məhsəti küçəsi 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2013-cü il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 13337592 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx xxxxxx 1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Məhsəti küçəsi 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2015-ci il tarixdə Yevlax RPŞ-si tərəfindən verilmiş AZE seriyalı 15417461 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Məhsəti küçəsi 10-da qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx xxxxxxxx 2020-ci il tarixli 4284 saylı arayışından görünür ki, Ərizəçi Yevlax şəhəri, Məhsəti küçəsi 10-da yaşayır, aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası X2, anası X4, babası X6, nənəsi X7, əmisi X3, bacısı X5. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X13 xx xxxxxx 2021-ci il tarixli 62 saylı rəyindən görünür ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx xxxxxx 1979-cu il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxxxxx 1979-cu il tarixdə Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri, Məhsəti küçəsi 10-da qeydiyyatda olan və yaşayan X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar