Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-114/2020 13.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehla İddiaçı ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1377 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, linziq obyekti olan 2014-cü il buraxılışlı“Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591186 ban, 0511 mühərrik nömrəli, ağ rəngli avtomobilin İddiaçı ASC-yə geri qaytarılması, Cavabdeh daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxxx 2019-cu il tarixə 10064,7 manat əsas, 4593,63 manat mükafat və həmin günə hesablanmış 19015,81 manat dəbbə pulu, cəmi 33674,14 manat borcun vəödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1377 saylıdaxili lizinq müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2014-cü il buraxılışlı “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591186 ban, 0511 mühərrik nömrəli, ağ rəngli avtomobil 12550 manat məbləğindəİddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlər cədvəlinə əsasən Cavabdeh illik 17% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 311,90 manat, ümumilikdə isə 18713,50 məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18713,50 manatın 12550 manatı əsas məbləği təşkil edir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxx 2015-ci il tarixdə 320 manat məbləğində olmuşdur. Cavabdeh müqavilənin və ödəniş cədvəlinin şərtlərinə əməl etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı ASC-nin direktoru Rövşən Adıgözlov teleqram ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxıb iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh çatdırılması üçün Yevlax şəhər 1 saylı inzaibati ərazi dairəsi üzrə nümayəndəliyi göndərilmişdir. Ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığı və hansı ünvanda yaşaması barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC (lizinq verən) iləCavabdeh (lizinq alan) arasında xx xxxxxx 2014-cü il tarixdə bağlanmış AL-1377 saylı daxili lizinq müqaviləsindən görünür ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı(lizinq obyektini) öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. Lizinq müqaviləsinin ümumi məbləği 12550 manat təşkil edir və lizinq obyekti lizinq alana illik 17 % dərəcəsi ilə 60 ay müddətinə verilir. İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli təhvil-təslim aktından görünür ki, “Daewoo Gentra” markalı 591186 ban nömrəli, ağ rəngli avtomobil satıcı X1 tərəfindən alıcı İddiaçı ASC və lizinq alanCavabdeh təhvil verilmişdir. İş materiallarında olanAC seriyalı 254126 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2014-cü il buraxılışlı“Daewoo Gentra” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591186 ban, 0511 mühərrik nömrəli avtomobilin mülkiyyətçisi İddiaçı ASC-dir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixli AL-1377 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh 22.04.219-cu il tarixə əsas borc 10064,7 manat, mükafat borcu 4593,63 manat, cərimə borcu isə 19015,81 manat təşkil edir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizasının 25197 saylı xx.xx.2020-ci il tarixli rəyindən müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, AL-1377 saylı kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2019-cu il tarixədək banka 11361,36 manat məbləğində əsas və 7527,22 manat məbləğində faiz borcu olmaqla, cəmi 18888,58 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə iləşərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, lizinq verən İddiaçı ASC müqaviləüzrə öz üzərinə götürdüyüöhdəliyi yerinə yetirərək lizinq obyektini lizinq alan Cavabdehna lizinqə vermiş, lizinq alan isə üzərinə duşən öhdəliyi tam icra etməmiş və nəticədə lizinq verənə 18888,58 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnaməçıxarır. İddiaçı iddia ərizəsində cavabdehdən əsas borc üzrə 10064,7 manat, faiz borcu üzrə 4593,63 manatın tutulmasını istəyir. Odur ki, iddiaçı cavabdehdən iddia ərizəsində göstərilən borc məbləğini tələb etməkdə haqlıdır. İddia tələbinin cərimə borcunun tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə hesab edir ki, tələb olunan 19015,81 manat cərimə borcu azaldılaraq 300 manat müəyyən edilməlidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10064,7 manat əsas borcu, 4593,63 manat mükafat borcu, 300 manat cərimə borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1377 saylı daxili lizinq müqaviləsinin ləğv edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-1377 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591186 ban, 0511 mühərrik nömrəli, ağ rəngli avtomobil İddiaçı ASC-yə geri qaytarılsın. Cavabdeh 10064,7 manat əsas borc, 4593,63 manat mükafat borcu, 300 manat cərimə borcu olmaqla cəmi 14958 (on dörd min doqquz yüz əlli səkkiz) manat, 33 (otuz üç) qəpik və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-114/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-114/2020
13.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver