Məhkəmə qərarları › İş №2(039)-1140/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1140/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1140/2022 16.06.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, JN-0037 kod 90109028 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında yazılmış “Ruqiyyə”nin “Ruhiyyə” müəyyən edilməsi və həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 02 saylı qərarı ilə ona və ailə üzvlərinə Yevlax rayonu, Yədilli kəndi ərazisində 3.43 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında onun adı səhv olaraq Ruqiyyə kimi qeyd edilmişdir. Hazırda Yevlax rayonu, Yədilli kəndində yerləşən 3.43 hektar torpaq sahəsinə dair Dövlət Reyestrindən çıxarışın alınması tələbi ilə DƏDRX-nin 17 Saylı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə olan uyğunsuzluqla bağlı ərizənin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Qeyd edilən faktın başqa formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsindən verilmiş 05 aprel 2022-ci il tarixli, **********36 saylı məktubdan görünür ki, Ərizəçi JN-0037 saylı dövlət aktında düzəlişin edilməsi üçün Azərbaycan Respublikası DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 27 noyabr 1981-ci il tarixli Vll-JQ 457632 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx xxxxxx 1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 noyabr 2015-ci il tarixli AZ-ll 070076 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 ilə X4 11 noyabr 2015-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-0037 KOD 90109028 saylı dövlət aktının surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli 02 saylı qərarı ilə X7, X1, X2, X8 və X3 3.43 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Nemətabad kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyinin 02 iyun 2022-ci il tarixli 297 saylı arayışından məlum olur ki, Ərizəçi ayrılmış pay torpaq sahəsinə dair verilmiş JN- 0037, kod 90109028 olan Dövlət aktında adı səhvən X6 yazıldığına baxmayaraq şəxsiyyət vəsiqəsində göstərilən Ərizəçi kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 02 saylı qərarı əsasında ərizəçiyə və onun ailə üzvlərinə 3.43 hektar torpaq sahəsi verilmişdir. Torpağa mülkiyyət hüququna dair JN- 0037 KOD 90109028 saylı dövlət aktında texniki səhvə yol verilmiş Ərizəçi adı Ruqiyyə kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0037 KOD 90109028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1981-ci il tarixdə Yevlax rayonu, Yəldili kəndində anadan olmuş, Yevlax rayonu, Yəldili kəndində qeydiyyatda olan Ərizəçi məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-0037 KOD 90109028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının xx xxxxxx 1981-ci il tarixdə Yevlax rayonu, Yəldili kəndində anadan olmuş, Yevlax rayonu, Yəldili kəndində qeydiyyatda olan Ərizəçi məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar