Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-116/2024 01.02.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Sadıqov Mehman Əlixan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla yəni İddiaçı ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat Şöbəsində bağlanmış 07 fevral 2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra uşaqları Rihat və Aişənin onun himayəsində qalmalarının müəyyən edilməsi, Cavabdeh birgə nikahdan olan uşaqları 28 dekabr 2014cü il təvəllüdlü X2 və 08 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmalarıüçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2015-ci ildə toy edərək ailə qurmuş və həmin vaxtdan ailə kimi birlikdə yaşamışlar. 07 fevral 2015-ci il tarixdə Yevlax Rayon Qeydiyyat Şöbəsində cavabdehlə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından 28 dekabr 2014-cü il təvəllüdlü X4 və 08 noyabr 2016-cı il təvəllüdlü X5 anadan olmuşdur. Son vaxtlar aralarında olan münasibətlər tamamilə soyumuş və demək olar ki, tez-tez mübahisələri olmuşdur. Artıq elə bir vəziyyət yaranmışdır ki, onların bir evdə ailə kimi yaşamaqları qeyri-mümkün olmuşdur. O, faktiki olaraq ondan ayrılaraq Yevlax rayonu Aşağı Qarxun kəndində ata evində yaşayır. Mediasiya Şurasına müracit edərək aidiyyəti müdiatorun təyin edilməsini xahiş etmiş, mediator Nigar Hüseynzadənin müvfiq məktubu ilə tərəflər müdiasiyaya dəvət edilmişlər. Lakin qarşı tərəf boşanmağa razı olmadığı üçün mediator Nigar Hüseynzadə tərəfindən 12 sentyabr 2023-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Həmçinin o, mediasiya zamanı 50 manat, məhkəməyə müraciət zamanı isə 50 manat olmaqla, cəmi 100 manat rüsumu da ödəmişdir. İddia ərizəsi icraata qəbul edilərək mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixinə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nikahın pozulmasına razı olmadığını nəzərə alaraq məhkəmə tərəflərin (ər-arvadın) barışması üçün 3 ay müddət müəyyən etməklə işin baxılmasını xx.xx.2024-cü il tarixədək təxirə salmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixdə iddiaçı müvəqqəti alimentin tutulması barədə tələb irəli sürmüşdür. İddiaçının ərizəsi qismən təmin edilərək 28 dekabr 2014-cü il təvəllüdlü X2 və 08 noyabr 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq görə 160 manat olamaqla, cəmi 320 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını, hər ay hər uşağ üçün 125 manat alimentin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı ilə aralarında bağlanmış nikah pozulduqdan sonra uşaqlarının böyüdülməsi üçün hər ay hər uşağ üçün 100 manat aliment ödəməyə maddi imkanın çatdığını bildirərək bu barədə qətnamə qəbul edilməsini xahiş etdi (bu barədə müvafiq ərizəsini təqdim etmişdir) Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Yevlax Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə /liyeva Fidan Xəyal oğlu arasında xx.xx.2015-ci ildə nikah bağlanmışdır. Bu barədə akt qeydləri kitabında 39 nömrə ilə qeyd aparılmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. AZ-İV seriyalı 500591 nömrəli və AZ-İV seriyalı 500592 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Rihat və xx.xx.2016-cı il təvəllüdlü Aişə adlı uşaqları var. xx.xx.2023-cü il tarixli, MŞY/MT034/2023-00230 saylı arayışdan məlum olur ki, İddiaçı nikahın pozulması və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-2510/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə qətnamə qəbul edilənədək Hazırki iş üzrə qətnamə qəbul edilənədək xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün 01 noyabr 2023-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində İddiaçı xeyrinə müvəqqəti aliment tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Hazırda məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. İddiaçı və Cavabdeh tərəfindən məhkəməyə belə bir saziş təqdim edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1 və 22.2.2-ci maddələrinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 valideynlərindən hansının yanında qalması məsələsini həll edərkən onun yaşını, ananın boşanmadan sonra uşağın onun yanında qalmasını tələb etdiyini, atanın isə buna etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, boşanmadan sonra uşaq anasının yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanun vericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatıödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2024-cü il üçün “X6” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqların saxlamağa borclu olduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, aliment barədə iddiaçının tələbi qismən təmin olunmaqla, hər ay hər uşağa 125 manat məbləğində müəyyən ödənilməli, habelə qətnamənin icrası zamanı müvəqqəti aliment tutulması barədə Yevlax Rayon Məhkəməsinin 2(039)-2510/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Alimentin tutulma vaxtı, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün və saitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əliyeva (Hüseynova) Fidan Xəyal qızı ilə Cavabdeh arasında Yevlax Rayon Qeydiyyat Şöbəsində 2015-ci ilin fevral ayının 7-ci günündə akt qeydləri kitabında 39 nömrə ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 İddiaçı yanında qalsınlar. xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamənin icrası zamanı müvəqqəti aliment tutulması barədə Yevlax Rayon Məhkəməsinin 2(039)-2510/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınsın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-116/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-116/2024
01.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver