Məhkəmə qərarları › İş №2(039)-116/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-116/2025

04.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-116/2025 04.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə Ərizəçi X2 “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X6 maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X6 məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, X7 onun oğludur. O, xx.xx.1988-ci ildə anadan olmuş uşaqlıqdan əlidir. Danışmır, fikrini ifadə edə bilmir. xx.xx.2024-cü il tarixdən 1-ci qrup əlil hesab edilmiş, əlilliyi müddətsiz təyin olunmuşdur. Anadangəlmə xəstə olmaqla xəstəliyinin diaqnozu tor qişanın seroz qopması, OU-Tor qişanın qopması pteriqium, OD Pteriqium. Oğlu hazırki vəziyyəti (yəni danışa bilmir, gözləri görmür, fikrini ifadə edə bilmir) onun tək, nəzərətsiz qalmasına imkan vermir. Oğlunun hüquqlarının müdafiə olunması, müavinət və təqaüd ödəniş kartlarından istifadə etməsi üçün ona qəyyum lazımdır. Onun qüsurlarına görə fəaliyyət qabliyyəti olmayan şəxs hesab edilməsi haqqında məsələyə baxılmasına, ona qəyyum təyin edilməyinə ehtiyacı yaranmışdır. Belə ki, paltarlarını geyinə bilmir, özünü təmiz saxlamır, təbii ehtiyaclarını tək özü yerinə yetirə bilmir, kənar şəxslərin köməkliyi olmasa sərbəst yemək qəbul edə, görmək və nitq qüsuruna görə istəyini ifadə edə bilmir, Beləliklə o, rəsmi olaraq fəaliyyət qabliyyəti olamayan şəxs hesab edilməlidir. Oğlu 1-ci qrub əliliyinə görə əmək pensiyası və Prezident təqaüdü alır. Vaxtaşırı ödəniş kartlarının yenilənməsi və dəyişdirilməsi zərurəti yaranır, bu zaman probllemlərlə üzləşirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında ərizəçi X6 ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; XİV-ЖГ seriyalı 250850 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X3 atası X8, anası X4r. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X2 oğlu Mahmud Qasımovun üzərində qəyyum təyin edilə bilinmədiyi üçün onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyini tövsiyə edir. xx.xx.2024-cü il tarixli müayinə olunan şəxs üzrə məlumatlarından görünür ki, X7 birinci dərəcəli əlilldir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 1023 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, yoxlanılan şəxs X7 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularnın beynəlxalq təsnifaı 10-cu baxış) F72.1 xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərini mənasını başa düşmək, üzünü idarə etmək və ya öz hərəkətlərinə rəhbərlik etmək iqtidarında deyildir. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.1988-ci il təvəllüdlü X7 öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəçi X1 ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar