Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1164/2020 30.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsini və Maraqlı şəxs2 maraqlı şəxslər qismində göstərməklə ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2004-cü il tarixli, JN-161A KOD 90111028 nömrəli “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən onun xüsusi mülkiyyətində olan Yevlax rayonu Quşçu kəndi ərazisində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsinə xx xxxxxxx 2004-cü il tarixdə JN-161A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Şəhadətnamə 124 nömrə ilə kitabda qeydə alınmışdır. Həmin şəhadətnamədə onun soyadı “Məmmədov”, adı “Əsgər”, ata adı isə “Əvəz oğlu” qeyd olunmuşdur. Lakin onun doğum haqqında şəhadətnaməsində və şəxsiyyət vəsiqəsində soyadı “Mamedov”, adı “Əskər” qeyd olunub. Doğum haqqında şəhadənamənin “valideynlər” bölməsinin “ata” qrafasında atasının soyadı “Mamedov”, atasının adı “Əskər” göstərilib, lakin atasının ölüm haqqında şəhadətnaməsində soyadı “Məmmədov”, atasının adı doğum haqqında şəhadətnaməsində olduğu kimi “Əskər” qeyd olunubdur. “Torpağın mülkiyyətə verilməsi” barədə xx xxxxxxx 2004-cü il tarixli JN-161 A nömrəli şəhadətmadəki adının və soyadını şəxsiyyət vəsiqəsindəki adı və soyadı ilə eyni olmadığı üçün torpaq üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Odur ki, həmin şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçivə onun vəkili Vəkil iddianı müdafiə edərək və ərizəyə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Yevlax rayonu Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 775478 №-li doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə anadan olmuşdur; atası – X10, anası – X2r. Ərizəçi olan, Yevlax rayon Polis Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixində verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Mamedov”, adı “Əskər”, atasının adı “Əvəz”, doğulduğu yer “Yevlax rayonu Quşçu kəndi”, doğulduğu tarix isə “xx.xx.1962”, qeydiyyatda olduğu ünvan “ünvan 2işdir. JN-161A KOD 90111028 kodu olan “torpağın mülkiyyətə verilməsinə dair” xx xxxxxxx 2004-cü il tarixli şəhadətnamədən görünür ki, X6 və X1 Yevlax rayon X3 xx xxxxxx 1998-ci il tarixli 38 saylı qərarı ilə Yevlax rayonu Quşçu kəndində fərdi yaşayış evinin həyətyanı sahəsi üçün 0,12 ha torpaq sahəsi verilmişdir. Maraqlı şəxs2 tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 401392 №li ölüm haqqında arayışdan görünür ki, X7 xx.xx.2005-ci ildə vəfat etmişdir. Yevlax rayonu Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 272 №-li arayışdan görünür ki, Dövlət Torpaq və Xəritəçəmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən “X4” adına verilmiş xx xxxxxxx 2004-cü il tarixli JN-161A KOD 90111028 №-li, 0,12 hektar həyətyanı torpaq sahəsindən ibarət “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərizəçi məxsusdur. Yevlax rayonu Xaldan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 272 №-li arayışdan görünür ki, torpağın mülkiyyətə verilməsinə dair JN-161A kod 90111028 saylı şəhadətnamədə X6 məxsus olan 0,12 hektar torpaq sahəsi 13 saylı təsərrüfat kitabının 163 saylı səhifəsindən 72 saylı şəxsi hesaba əsasən Ərizəçi məxsusdur. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçinin JN-161A KOD 90111028 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilmiş “adı” və “soyadı” ilə şəxsiyyət vəsiqəsində göstərilən “adı” və “soyadı” düz gəlmir, şəhadətnamədə “Ərizəçi” əvəzinə “X8” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, şəhadətnamədə göstərilən “X8” ilə ərizəçinin şəxsiyyət vəsiqəsində göstərilən “X11” eyni şəxsdir və JN-161A KOD 90111028 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-161A KOD 90111028 olan “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin xx.xx.1962-ci il tarixdə Yevlax rayonu, Quşçu kəndində anadan olmuş Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1164/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1164/2020
30.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver