Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1165/2025 23.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Kərimov Həsən Ramiz oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhləmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 30 iyun 1964-cü il təvəllüdlü bacısı X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1964-cü il təvəllüdlü X4 onun doğma bacısıdır. Bacısı subaydır və uşaqlıqdan əqli gerilik diaqnozu ilə qeydiyyatdadır. Kənar çəxsin nəzarət və qulluğuna ehtiyacı vardır. Anası vəfat etdikdən sonra bacısı Tünzaləyə bütün nəzarəti o (ərizəçi) həyata keçirmişdir. X7 maraqlarının təmin edilməsi məqsədi ilə onun üpzrində qəyyum təyin edilmək istəyir. Belə ki, bacısı Tünzaləyə qalmış mirasın-mülkiyyət hüququnun sənədləşdirilməsi, habelə pensiya kartının təzəzlənməsi və bacısının mənafeyi naminə maraqlarının təmin edilməsi üçün bacısının üzərində qəyyum təyin edilməsində fayda vardır. Bacısı anadangəlmə psixi qüsurlu xəstədir və onun həmin xəstəlikləri getdikcə fəsadlaşır. Belə ki, o özünü idarə edə bilmir. Nəzarət edən olmasa hara getdiyini bilmir, naməlum ünvanlara gedir. Heç bir iş görmək iqtidarında deyildir. Nəzarətsiz yeyib-içə bilmir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 yol vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 30 iyun 1964-cü ildə doğulmuşdur, atası X5, anası X8r. İşdə olan Yevlax rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1962-ci ildə doğulmuşdur, atası X5, anası X8r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatından görünür ki, 30 iyun 1964-cü ildə doğulmuş X4 ikinci dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X11 X13 X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 414 saylı rəydən görünür ki, 30 iyun 1964-cü il təvəllüdlü X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir. X4 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən o, öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə və rəhbərli etmək iqtidarında deyildir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə və rəhbərli etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 30 iyun 1964-cü ildə Yevlax rayonunda doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1165/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1165/2025
23.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver