Məhkəmə qərarları › İş №2(039)-117/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-117/2025

07.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-117/2025 07.03.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X15, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə və mülkiyyət hüququna dair dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə və mülkiyyət hüququna dair dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsslındırmışdır ki, Cavabdeh2 onun (iddiaçının) mərhum qardaşı Əlinin həyat yoldaşıdır. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi mərhum X3nın mülkiyyətinə daxil olmuşdur. Hazırda onun iddia tələbi üzrə hüquqi marağı mərhum X3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair mirasdan payının əldə edilməsi ilə bağlıdır. ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın (həyətyanı torpaq sahəsinin və üzərində yerləşən fərdi yaşayış evinin) hüququ statusu aşağıdakı kimi olmuşdur: -xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 ünvanda 0.0525 ha torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ üzrə 8 nəfərin mülkiyyət hüququ qeydə alınmışdır. xx.xx.2020-ci il tarixli 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh2 keçmiş və onun mülkiyyət hüququ (yaşayış evi 1/2 hissə, torpaq sahəsi ümumi birgə-mülkiyyət üzrə 8 nəfər) dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. X3 24 noyabr 1994-cü il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında qeydiyyatda olmuş 24 noyabr 1994-cü il tarixdə vəfat etmiş X3nın vəfatından sonra ondan irs qalmış miras əmlaka-ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə Bərdə regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Yevlax şəhəri Kür küçəsi 33 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh2 adına keçmişdir. Bununla bağlı, yəni mirasdan pay əldə etmək üçün o, Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə müraciət edən zaman xüsusi notarius 07 iyul 2024-cü il tarixli, 1554 nömrəli məktubla bildirilmişdir ki, şəhadətnamə almış vərəsə (Cavabdeh2 nəzərdə tutulur) onun mirası faktiki idarə etməyi barədə məlumat vermədiyindən və ya onunla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət edilmədiyindən onun adı anasının miras əmlakına dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, vərəsəyə verilmiş şəhadətnamənin mübahisələndirilməsi üçün müvafiq məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. xx.xx.2020-ci il tarixli, 2V-958 reyestri nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən onun vərəsə olaraq nəzərə alınmamağı qanunsuz və əsassızdır. Çünki onun mərhum anası 24 noyabr 1994-cü il tarixdə vəfat etmiş X2 qalmış vərəsəsidir, o cümlədən miras qəbul etmiş vərəsidir. Cavabdehin mübahisələndirilən miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməsini son vaxtlar bilmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1ci maddələrinə istinad edərək, 24 noyabr 1994-cü il tarixdə vəfat etmiş X3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair Cavabdeh2 vərəsə hesab edilməsinə dair xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin Cavabdeh2 adına mülkiyyət hüququ üzrə dövlət reyestrində alınmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsinə dair qətnamə çıçxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddiaya etiraz göndərərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək, işə həmin ofisin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat ofisinin və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx xxxxxxxx 1953-cü ildə doğulmuşdur, atası X12, anası X9r. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışın surətindən görünür ki, X11 24 noyabr 1994-cü ildə ölmüşdür. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi X13, X18, X8, X6, X16, X14 və Cavabdeh2 ümumi birgə mülkiyyətində, 89.5 kv.metrdən ibarət fərdi yaşayış evi isə X7 tam mülkiyyətində olmuşdur. İşdə olan Yevlax şəhər 1 saylı şəhər İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 475 saylı arayışın surətindən görünür ki, X10 vəfat edənə kimi Yevlax şəhəri Kür küçəs 33 saylı evdə qeydiyyatda olmuş və yaşaymışdır. Ölümündən sonra gəlini Cavabdeh2 ibarət ailə üzvü qalmışdır. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışın surətindən görünür ki, Cavabdeh2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək «X17» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün X17 üzə yoxlama aparılmış və nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X21 xx.xx.1945-ci ildə doğulmuşdur, atası X12, anası X9r. İşdə olan «X17» AQİS-dən çıxarışdan görünür ki, X21 xx.xx.2015-ci ildə ölmüşdür. İşdə olan Cavabdeh2 tərəfindən Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə verilmiş ərizədən görünür ki, Cavabdeh2 mərhum qaynX3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınmasını xahiş etmiş və ərizəsində Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını göstərmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 X4 miras qalmış ünvan 5 ünvanda yerləşən 89.5 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 1/2 hissəsinə qanun üzrə vərəsə tanınmış və şəhadətnamə verilən miras əmlakın 1/2 hissəsi açıq saxlanılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli (**********9 qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0.0525 ha torpaq sahəsi X7, X13, X18, X8, X6, X16, X14, Cavabdeh2 ümumi birgə mülkiyyətində, 89.5 kv.metrdən ibarət fərdi yaşayış evi isə 1/2 hissədə Cavabdeh2 mülkiyyətindədir. İşdə olan Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 1554 saylı məktubdan görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olmuş, 24 noyabr 1994-cü il tarixdə vəfat etmiş X3nın vəfatından sonra irs qalmış miras əmlaka dair Bərdə regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisi tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə almış vərəsə tərfindən İddiaçı mirası faktiki idarə etməsi barədə məlumat verilmədiyindən və ya Əziz Gülmalıyev də onlarla bərabər payda vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ərizə ilə müraciət etmədiyindən Əziz Gülmalıyevin adı anasından miras əmlaka dair verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilməmişdir. Odur ki, vərəsəyə verilmiş şəhadətnamənin mübahisələndirilməsi üçün müvafiq məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanda 0.0525 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ (yalnız torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə 8 nəfər) daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evinin 1/2 hissəsi Cavabdeh2 keçmiş və sonuncunun mülkiyyət hüququ (yaşayış evi 1/2 hissə, torpaq sahəsi ümumi birgə mülkiyyət üzrə 8 nəfər) dövlət reyestrində xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının X3 24 noyabr 1994-cü ildə ölmüş və ondan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi miras qalmışdır. İddiaçının qardaşı arvadı hazırkı iş üzrə Cavabdeh2 ərizə ilə Bərdə Regional «Asan Xidmət» Mərkəzində Notariat Ofisinə müraciət edərək, mərhum qaynX3ndan miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınmasını xahiş etmiş, ərizəsində miras qoyanın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş başqa vərəsələrin olmadığını göstərmişdir. Notarius tərəfindən mərhum X7 mirası qəbul etmiş birinci növbə vərəsəsi olduğu halda, həmin yoxlanılmadan Cavabdeh2 adına notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, İddiaçı mərhum X7 mirası qəbul etmiş birinci növbə vərəsəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, 24 noyabr 1994-cü il tarixdə vəfat etmiş X5 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair Cavabdeh2 adına Bərdə Regional «Asan xidmət» Mərkəzində notarait ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin Cavabdeh2 adına mülkiyyət hüququ üzrə dövlət reyestrində aparılmış qeydin ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair Cavabdeh2 adına Bərdə Regional «Asan xidmət» Mərkəzində notarait ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2V-958 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinin Cavabdeh2 adına mülkiyyət hüququ üzrə dövlət reyestrində xx.xx.2024-cü il tarixdə aparılmış (********** qeydiyyat nömrəli) qeyd ləğv edilsin. Cavabdeh2 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar