Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1173/2024 29.05.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izah etdi ki, cavabdehin vəfat etməsi barədə məlumatları olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından məlum olur ki, Cavabdeh 17 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən, İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göründüyü kimi, iş üzrə tərəf olan iddiaçı Cavabdeh 17 oktyabr 2023-cü il tarixdə vəfat etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair 2(039)-1173/2024 saylı mülki işin icraatına xitam verilsin. 19 mart 2024-cü il tarixli ********** saylı qəbzlə artıq ödənilmiş 30 manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1173/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1173/2024
29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver