Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1194/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin istehlak etdiyi elektrik enerjisnə görə yaratmış olduğu 424,50 manat borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh elektrik enerjisinin istehlakçısı (məişət abonenti) kimi Yevlax EŞ-nin "Proqram bazasında” **********00389 saylı istehlakçı kodu ilə qeydiyyatda olmaqla elektrik enerjisindən yaşadığı evə quraşdırılmış DDS-26 tipli, zavod nömrəsi ********** olan elektrik hesablama sayğacı vasitəsi ilə 22.05.2007-ci il tarixdən hal-hazıra kimi istifadə edir. Tərəflər arasında “Elektrik enerjisinin alqı-satqısının bir tipli müqaviləsi” bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçını keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz edir, abonent isə istehlak edilmiş elektrik enerjisinin dəyərini yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının göstəricilərinə əsasən ona təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun olaraq ödəyir. Elektrik enejisinə görə hesablaşma dövrü 1 ay qəbul olunur. Cavabdehin elektrik enerjisindən istifadəyə görə 19.11.2015-ci il tarixinə 115,80 manat məbləğində debitor borcu olmuşdur. Həmin tarixdən 12.04.2021-ci il tarixinə kimi cavabdeh yaşadığı evə quraşdırılmış elektrik hesablama sayğacının enerji sərfiyyatı göstəricilərinə əsasən dəyəri 2358,10 manat təşkil edən 35370 kvt saat miqdarında elektrik enerjisi istehlak etmişdir. 31.12.2016-cı il tarixindən "xxxx"ASC tərəfindən məcburi köçkünlərin elektnk ererjisindən istifadəyə görə yaratmış olduqları debitor borclar birtərəfli qaydada silinmişdir. Cavabdehin həmin tarixə yaratmış olduğu 5370,22 manat məbləğində debitor borcu da onun istehlakçı kodu üzrə hesabından silinmişdir. Bundan əlavə cavabdeh tərəfindən limitdən (300 kvt) artıq istehlak edilmiş elektrik enerjisinin 238,04 manat təşkil edən dəyəri də nəzərə alınmaqla 424,50 manat məbləğində elektrik enerjisi istehlak edilmişdir. Beləliklə, cavabdeh tərəfindən istehlak edilmiş elektrik enerjisinin dəyərindən ödəniş edilmədiyi üçün onun 21.04.2021-ci ıl tarixinə ödənilməli olan 424,50 manat məbləğində debitor borcu vardır. Tərəflərindən cavabdehə yaşadığı ünvana 21 yanvar 2021-ci il tarixli, 92 №-li pretenziya göndərilərək həmin tarixə elektrik enerjisindən istifadəyə görə yaratmış olduğu 424,50 manat məbləğində debitor borcun 7 gün ərzində ödənilməsinin təmin edilməsi, əks təqdirdə “borcun ödənilməsi” tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Cavabdeh 08.02.2021-ci il tarixdə ona ünvanlanmış pretenziyanı şəxsən almasına baxmayaraq borcdan ödəniş etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Aytən İbrahimova iddia tələbini müdafiə etdiyini və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün sərf etdiyi elektrik enerjisinin pulunu ödəyə bilmir. İddia tələbi əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sübutları tam və hərtərəfli araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan abunə kodu **********00385 olan Abunə haqqında sənəddən görünür ki, iddiaçı Cavabdeh oğlunun Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən evində istifadə olunmuş elektrik enerjisinə görə 424,50 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının” 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqını vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin Yevlax rayonu Kövər kəndində yerləşən fərdi yaşayış evi elektrik enerjisi ilə təmin olunmuşdur, cavabdeh elektrik enerjisinin haqqını ödəməmiş və nəticədə 424,50 manat məbləğində debitor borcu yaranmışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 424,50 manat məbləğində borc və 20 manat ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 424 (dörd yüz iyirmi dörd) manat 50 (əlli) qəpik məbləğində borc və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1194/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1194/2021
03.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver