Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1209/2024 03.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsizlığına dair iddia ərizəsini nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə aralarında bağlanmış 23 mart 2001-ci il tarixli alqı satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə nəzərdən keçirilərkən, müəyyən edilmişdir ki, ərizəçi Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna riayət etmədən məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: Maddə 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzlərdən müəyyən olunur ki, iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə ünvanlansa da, dövlət rüsumu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 149 maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən, habelə həmin Məcəllənin 152-ci maddəsnin tələbləri baxımından qeyd edilən iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, istinad edilən tələblərə riayət etməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ var. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.1, 152.1.2, 152.1.5, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-1209/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1209/2024
03.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver