Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1221/2022 28.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı 'Daxili lizinq” müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik **- PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılması; Cavabdeh 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2022-ci il tarixə 937.89 manat gecikdirilmiş əsas, 1288.86 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 204.25 manat dəbbə pulu, ümumilikdə 2431 manat gecikdirilmiş borc və ödənilmiş 44.71 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X8 arasında bağlanmış 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı daxili lizinq müqaviləsinə əsasən X1 ilə 2021-ci il buraxılışlı, “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobil 17000 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X8 illik 24.5 faiz hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 447.15 manat, ümumilikdə isə 24864 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24864 manatın 17000 manatı əsas məbləğ təşkil edir. 09 sentyabr 2021-ci il tarixdə X8, X10 və “Union lizinq’’ ASC arasında MAS-4134 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X10 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 15 sentyabr 2021-ci il tarixdə X10, X5 və İddiaçı MMC arasında MAS-4134 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı “daxili lizinq” müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 28 sentyabr 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-4134 saylı “öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 31 iyul 2021ci il tarixli MAS-4134 saylı “daxili lizinq" müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 02 noyabr 2021-ci il tarixdə 450 manat məbləğində olmuşdur. Eyni zamanda X6 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı “daxili lizinq müqaviləsi” üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 14 aprel 2022-ci il tarixə 937.89 manat əsas, 1288.86 manat mükafat və həmin günə hesablanmış 204.25 manat dəbbə pulu, cəmi 2431 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və dəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC-nin nümayəndəsi Rüfət İsmayılov məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasi MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı MMC 44.71 manat dövlət rüsumu ödəmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC ilə X8 arasında 31 iyul 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı daxili lizinq müqaviləsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2021-ci il buraxılışlı, “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobil X7 verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X8, X10 və İddiaçı MMC arasında 09 sentyabr 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən məlum olur ki, X10 31 iyul 2021-ci il tarixdə bağlanmış MAS- 4134 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X10, X5 və İddiaçı MMC arasında 15 sentyabr 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən məlum olur ki, X5 31 iyul 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən X5, Cavabdeh və İddiaçı MMC arasında 28 sentyabr 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı öhdəliklərin ötürülməsi müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh 31 iyul 2021-ci il tarixdə bağlanmış MAS-4134 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 28 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının surətindən məlum olur ki, Ağayev X2 Səbuhi Şahin oğlunun istifadəsində olan İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən DİN-nin BPQMİ0nin MAPS şöbəsi tərəfindən 18 fevral 2022-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, Cavabdeh xx xxx 1983-cü il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində anadan olmuş, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 10, mənzil 32-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlrlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748.1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh 28 sentyabr 2021-ci il tarixli öhdəliklərin ötrülməsi müqaviləsinə əsasən 31 iyul 2021-ci il tarixli daxili lizinq müqavilə üzrə İddiaçı MMC-yə məxsus 2021-ci il buraxılışlı, “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobili lizinqə götürmüş, lizinq obyektinin lizinqə alınması ilə bağlı ödəməli məbləğləri ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələbinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Bildiriş məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh öhdəliklərinin icra edilməsini, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə bağlanmış 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı daxili lizinq müqaviləsi ləğv edilməli; lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılmalı; Cavabdeh 937.89 manat əsas borc, 1288.86 manat mükafat və həmin günə hesablanmış 204.25 manat dəbbə pulu, cəmi 2431 manat borc və 44.71 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə bağlanmış 31 iyul 2021-ci il tarixli MAS-4134 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Khazar SD” minik **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME322934 ban, 147H0574340 mühərrik nömrəli ağ rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-yə geri qaytarılsın. Cavabdeh 937.89 manat əsas borc, 1288.86 manat mükafat və həmin günə hesablanmış 204.25 manat dəbbə pulu, cəmi 2431 manat borc və 44.71 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1221/2022
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1221/2022
28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver