Məhkəmə qərarları › İş №2(039)-1226/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1226/2020

23.07.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1226/2020 23.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından istifadə hüquqlarına itirilməsi və pasport qeydiyyatlarının çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx xxxxxx 2020-ci il tarixli ********** saylı çıxarışa əsasən ünvan 1-də yarləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdehlərdən həmin fərdi yaşayış evini aldıqdan sonra evində qeydiyyatda qalmışlar. Lakin onların həmin evdə heç bir istifadə hüququ yoxdur. İddiaçı X4 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax RPŞ-si tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, X4 xx xxxxxxxx 1968-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən37 saylı evlər komitəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, X1 şəhəri, H.Aslanov küçəsi mənzil 35-də yaşayır və aşağıdakı ailə üzvləri vardır: X8 xx.xx.1983, X7 xx.xx.2001, X5 xx.xx.2002. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənYevlax RPŞ-si tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 195-2435H-3220 saylı məktubdan məlum olur ki, X3 fərdi yaşayış evindən kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən37 saylı evlər komitəsi tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş arayışdan məlum olur ki, ünvan 1-də Cavabdeh2 və Cavabdeh1 qeydiyyatda olmaqlarına baxmayaraq, həmin ünvanda yaşamırlar və harada yaşamaları barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilənxx xxxxxx 2020-ci il tarixli ********** saylı çıxarışın surətindən məlum olur ki, ünvan 1-də yarləşən fərdi yaşayış eviX2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Hazırda qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Beləliklə, təqdim edilmiş sübutlarla təsdiq olunur ki, iddiaçı X1 şəhəri, H.Aslanov küçəsi 35 saylı yaşayış evinin mülkiyyətçisidir. Cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının yaranması, yəni notariat qaydasında təsdiqlənən yazılı razılaşma əldə etməsi, yaxud mülkiyyətçinin ailə üzvü olmaları, məhz mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçmələri və ümumiyyətlə o ünvanda yaşamaları müəyyən olunmur. Belə ki, cavabdehlərin həmin mənzildən istifadə hüququnlarının yaranması üçün onun tərəfindən qanunvericiliyin yuxarıda istinad edilən normalarına əməl edilməlidir ki, hazırkı halda bu hal təsdiqini tapmır. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlərin Yevlax şəhəri, H.Aslanov küçəsi 35 saylı yaşayış evindən istifadə hüquqlarının əmələ gəlməsi müəyyən edilmədiyindən onların olmayan hüququna xitam verilməsi barədə iddia təmin edilə bilməz. Həmçinin, müəyyən olunur ki, cavabdehlərin həmin ünvanda qeydiyyatları formal xarakter daşımaqla mənzilin mülkiyyətçisinin hüquqlarını məhdudlaşdırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməsə də, hazırkı qətnamə cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması üçün əsas hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 saylı ünvanından pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar