Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-125/2021 18.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Yevlax şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmisi xx.xx.1962-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, xx xxx 1962-ci il təvəllüdlü, 1-ci dərəcəli əlil əmisi X7 onun himayəsində yaşayır və ona o qulluq edir. X1 gözləri görmür, sağ tərəfli hemiparezdir. O, yataq xəstəsi olduğu üçün özünü idarə edə bilmir, kömək hesabına idarə olunur və öz hərəkətlərini qiymətləndirməyi bacarmır. X1 ağır xəstəliyinin olmasını nəzərə alaraq onun faliyyət qabliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi X6 ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlax şəhər filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 müddətsiz olmaqla İ dərəcəli əliliyə görə 100 manat Prezdent təqaüdü alır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsinin Yevlax şəhər filialının tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 müddətsiz olmaqla İ dərəcəli əliliyə görə 150 manat sosial müavinət alır. Yevlax Rayon Mərkəzi X5 şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tibbi arayışdan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 həqiqətən İ dərəcəli əlildir. Gözləri görmür. Sağ tərəfli hemiparızdir. Danışıq nitqi aydın deyil yataq rejimindədir. Kömək hesabına idarə olunur. 2018-ci ildə anası vəfat etdikdən sonra xəstəyə qardaşı oğlu Ərizəçi qulluq edir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Səmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2020-cki il tarixli arayışdan görünür ki, X4 ailə qurmamış, qardaş-bacısı yoxdur, anası xx.xx.2018-ci il tarixdə vəfat edib və o vaxtdan xəstəyə qardaşı oğlu Ərizəçi qulluq edir və onun himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 55 №li ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Məmmədov Mayıl Məmməd oğlu xroniki xəstəlik olan qabıqaltı vaskulyar demensiya (ağlı zəifliyi), davranış pozuntuları ilə XBT-10 (Pisixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F01.2 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq Məmmədov Mayıl Məmməd oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1962-cü il təvəllüdlü X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-125/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-125/2021
18.03.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver