Məhkəmə qərarları › İş №2(039)-1282/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1282/2025

02.05.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1282/2025 02.05.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhləmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X8 «Baş beyin xəstəliyi travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş beyinin travmatik xəstəliyi nəticəsində psixopotobənzər sindrom» diaqnozu ilə aylarla xəstəxanada müalicə kursu keçir və üçüncü qrup əlildir. Qardaşının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onu idarə etmək olmur. Cəmiyyət və insanlar üçün bəzən təhlükə mənbəyi olur. Qardaşını o (ərizəçi) idarə edir, xəstəxanaya aparır, mütəmadi həkim müayinəsindən keçirilir, özünü daim nəzarətdə saxlayaraq özünə və başqalarına xəsarət yetirməməsi üçün nəzarətində saxlayır. Qardaşı hazırda onun (ərizəçinin) himayəsindədir. Qardaşı müntəzəm olaraq xəstəlik keçirir, öz hərəkətlərinin mənasını anlaya bilmir. Öz hərəkətlərini idarə edə bilmir, özü və başqaları üçün təhlükə yaradır. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Yevlax şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 yol vermədiyindən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Yevlax rayon Malbinəsi kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1995-ci ildə doğulmuşdur, atası X11, anası X4r. İşdə olan Yevlax rayon Malbinəsi sovetliyi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03 may 1993-cü ildə doğulmuşdur, atası X11, anası X4r. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X8 üçüncü dərəcəli əlildir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 X15 X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 259 saylı rəydən görünür ki, X6 «Kəllə beyin travmasından sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu» (F 07.2) aşkar olunur. Bunu anamnestik məlumatlar (normal keçən hamiləlikdən vaxtında və sağlam doğulması, orta ümumtəhsil məktəbində 11 illik təhsil alması, ali təhsilli olması, avtomobil qəzasından sonra onun səhhətində problemlər yaranması, xəstəliyinə görə Yevlax MRX-nın ruhi-əsəb kabinetində qeydiyyata götürülməsi, X3 stasionar müalicədə olması, ona İİİ qrup əlillik təyin edilməsi), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (əhval ruhiyyəsinin dəyişkən olması, emosional sferasının qeyri stabil olması, intellektual inkişafında enmə müşahidə edilməsi və s) sübut edir. 03 may 1993-cü il təvəllüdlü X2-beyin travmasından sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu xəstəliyindən əziyyət çəkir. X2-beyin travmasından sonra əmələ gələn ağıl zəifliyi, davranış pozğunluğu xəstəliyindən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin mənasını tam başa düşmək və ya öz tam hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında deyil. X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəalliyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X8 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını tam başa düşmək və ya özünün tam hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03 may 1993-cü ildə Yevlax rayonunda doğulmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar