Məhkəmə qərarları › İş №2(039)-1283/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1283/2025

13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1283/2025 13.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə işə 13 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimova Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X1 “Beynin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sol beyin yarımkürəsinin eşemik insultunun qalıq əlamətləri” diaqnozu ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilməməsi və özünü idarə edə biməməsini nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhimova Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, bacısı X3 “Beynin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı, sol beyin yarımkürəsinin eşemik insultunun qalıq əlamətləri” diaqnozu ilə aylarla xəstəxanada müalicə kursu keçir. Birinci qrup əlildir. Bacısının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onu idarə etmək olmur. Cəmiyyət və insanlar üçün bəzən təhlükə mənbəyi olur. Onu qardaşı idarə edib xəstəxanaya aparır, mütəmadi həkim müayinəsindən keçirilir, onu özünə və başqalarına xəsarət yetirməməsi üçün daim nəzarətdə saxlayır. Onun qardaşıdır və hazırda X3 onun himayəsindədir. Bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində yazmış olduğu bu ərizəsiylə halhazırda onun müntəzəm qaydada xəstəlik keçirdiyini,öz hərəkətlərinin mənasını anlaya bilməməsini, öz hərəkətlərini idarə edə bimədiyini və bunların müqabilində həm özü, həm də başqaları üçün təhlükə yaratdığını və onun bir qardaş olaraq onun özünü idarə etməsinə ciddi ehtiyacı vardır. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 380 saylı Rəydə qeyd olunmuşdur ki, X4 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 2025-ci il tarixli Arayışda qeyd olunur ki, Ərizəçi həqiqətən ünvan 1 ünvanda bacısı X3 ilə birgə yaşayır. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən Xİİ-ЖГ 308156 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZ-T 132071 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar