Məhkəmə qərarları › İş №2(039)-1286/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1286/2022

27.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1286/2022 27.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhrum ataları X3 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Yevlax şəhəri Q.Quliyev küçəsi saylı evin 3 saylı mənzili Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş 08 iyul 2019-cu il tarixli çıxarışla ataları X4 mülkiyyətidir. Qeyd olunan fərdi yaşayış evi əvvəl Yevlax şəhər İcra Hakimiyyətinin 01 dekabr 1995-ci il tarixli 137 saylı sərəncamı ilə mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının qanuna əsasən Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2 nömrəli binanın 3 nömrəli mənzili ataları X4 şəxsi mülkiyyətinə keçirilmişdir. Bundan sonra qeyd olunan mənzilə dair 09 yanvar 1996-cı il tarixli 02 reyesterli müqavilə ilə X1nun adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin mülkiyyət ataları öldüyü günədək 25 avqust 2014-cü il tarixədək X1nun tam mülkiyyətində olmuşdur. X1 25 avqust 2014-cü il tarixində vəfat etmişdir. X2 28 fevral 2000-ci il tarixində vəfat etmişdir. Atalar ilə analarının birgə nigahından onlar İddiaçı1 xx xxxx 1965-ci il təvəllüdlü, İddiaçı2 xx xxxxxx 1967-ci il təvəllüdlü, İddiaçı3 xx xxxxxx 1970-ci il təvəllüdlü, Cavabdeh2 03 iyun 1973-cü il təvəllüdlü olmuşlar. İddiaçı1 31 ildir ki, bu evdə yaşayır. Oğlum Abdulla bu evdə doğulmuş, hal-hazırki günədək həmin evdə yaşayırlar. İddiaçı2 və İddiaçı3 atalarınn ölümündən 6 ay əvvəl, ölümündən sonra isə 8-9 ay miras əmlakında mütəmadi olaraq yaşamışlar, mirası birgə idarə etmişlər. Miras əmlakının daşınar hissəsini bərabər qaydada bölmüşlər. İddiaçı2 X4 ölümündən əvvəl yəni xəstə olduğu ərəfədə və ölümündən sonra yəni 25 avqust 2014-cü ildən sonra 8 ay atasından qalmış miras əmlakında yaşamışdır. Valideynlərinin mirasını 3 bacı bərabər qaydada qəbul etmişlər. Hal-hazırdada atalarndan qalmış mirası hazırki daşınmaz əmlakı 3 bacı onlar idarə edirlər. Mütəmadi olaraq mirasla bağlı miras əmlakının dağılmaması üçün üçünün vəsaiti hesabına həmin əmlak üzərində təmir işləri aparmışlar. Miras əmlakı ilə bağlı çəkilən xərcləri üçü müştərək olaraq edirlər. İddiaçı3 atasından miras qalmış Yevlax şəhəri, Q.Quliyev küçəsi ev 2 mənzil 3 və onun içərisində olan əşyalarını birlikdə onlar qəbul etmişlər. O atası xəstələnəndən əvvəl digər bacıları ilə növbəli qaydada atalarına baxmış, ataları yataq xəstəsi olduğundan mütəmadi qulluğunda olmuşlar. Atası öləndən sonra isə digər bacıları ilə birlikdə atalarından qalmış mirası qəbul edərək 9 ay bir yerdə yaşamışlar. Sonra isə fasiləli qaydada öz işləri ilə məşğul olmuş, ancaq miras əmlakı ilə bağlı əmlakın idarə edilməsində yaranmış bütün sərfiyyatı bərabər icra etmişlər. Bundan başqa evin təmirini onların birgə vəsaiti hesabına təmir etdirmişlər. Yəni bu günə kimi bu evi bu miras əmlakını onlar idarə edirlər. Cavabdeh2 onların qardaşıdır. Onalrın razılığı və istəyi olmadan bütün ata mirasını öz adına sənədləşdirib. Bütün mirası qəbul etmədiyinə baxmayaraq qanunsuz olaraq əldə etmiş, sonra isə başqasına satmışdır. Bu barədə onlar məlumatlandığı andan şikayət vermişlər. İddiaları təmin edilmiş və atalarının əmlakı əvəlki vəziyyətinə qayıtmışdır. Cavabdeh onların yaşadığı evdə qeydiyyatda olsa da, heç bir halda mirası qəbul etməmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 vəkili X10 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN- Xidmət” mərkəzində notariat ofisi məhkəməyən ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak etməmələrini üzrlü hesab edərək, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2588/2021 saylı məktubundan məlum olur ki, İddiaçı3 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2587/2021 saylı məktubundan məlum olur ki, İddiaçı2 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinin 23 dekabr 2021-ci il tarixli 2586/2021 saylı məktubundan məlum olur ki, İddiaçı1 mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 20 fevral 2019cu il tarixli AZ-l 985461 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X6 25 avqust 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 29 may 1970-ci il tarixli AZ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 xx xxxxxx 1967-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən edilən Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsində məlum olur ki, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik haqqında 03 noyabr 2016-cı il tarixli şəhadətnamə etibarsız hesab edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 04 noyabr 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi; Cavabdeh2 ilə X17 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, 30 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi; Həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh2 X14 xeyrinə tutulması; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq X14 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 02 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. Beləliklə məhkəmədə müəyyən edildi ki, X6 25 avqust 2014-cü il tarixdə vəfat etmişdir. X3 Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzil miras qalmışdır. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsi ilə Bərdə regional “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən Cavabdeh2 adına verilmiş qanun üzrə vərəsəlik haqqında 03 noyabr 2016-cı il tarixli şəhadətnamə etibarsız hesab edilməsi; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 04 noyabr 2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi; Cavabdeh2 ilə X17 arasında Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzilinə dair AN-İ ******* nömrəli, 30 iyul 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməsi; Həmin müqavilə əsasında ödənilmiş 8,000 (səkkiz min) manat Cavabdeh2 X14 xeyrinə tutulması; Yevlax şəhəri, Q.Quliyev küçəsi 2 saylı evin 3 saylı mənzili xüsusi mülkiyyət üzrə tam olaraq X14 adına Daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində 02 avqust 2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeyd ləğv edilməsi qət edilmişdir. İdidaçılar məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 məhrum ataları X3 miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair mirasın qəbul edilməsi vaxtının (müddətinin) uzadılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli 2(039)-1692/2020 saylı qətnaməsində İddiaçı1 Cavabdeh2 qalmış mirası qəbul etdiyi öz əksini tapmışdır. Bu səbəbdən də iddia ona aid hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı2 və İddiaçı3 mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzürlü səbəbdən buraxılmasına dair məhkəməyə sübut təqdim etməmişlər. Ona görə də, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsindən məlum olur ki, Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsindən məlum olur ki, Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1247-ci maddəsinə əsasən Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional “ASAN-Xidmət” mərkəzində notariat ofisinə və Cavabdeh2 qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar