Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-129/2021 28.01.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hаkim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddaçı İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “vərəsəliyin müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə МÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “vərəsəliyin müəyyən edilməsi və miras əmlak üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum qaynatası Cavabdeh3 miras qalmış, Yevlax rayonu Hacıselli kəndində yerləşən və hal-hazırda Cavabdeh3 mülkiyyətində olan ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinin 4/8 hissəsinə onun və qızı X3 miras payının müəyyən edilməsi və həmin hissəyə mülkiyyət hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakm dövlət reyestirindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Yevlax rayonu Hacıselli kəndində yerləşən və X6 məxsus 0.18 ha torpaq sahəsində ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinə çıxarış verilmişdir. Həmin çıxarışa əsasən mərhum qaynatası Cavabdeh3 yaşayış evinin 4/8 hissəsinə, cavabdehlər- Cavabdeh1 yaşayış evinin 1/8 hissəsinə, Cavabdeh2 yaşayış evinin 1/8 hissəsinə, Cavabdeh4 yaşayış evinin 1/8 hissəsinə, Cavabdeh3 yaşayış evinin 1/8 hissəsinə mülkiyyət hüququ əldə etmişlər. Torpağın mülkiyyətçisi mərhum X8 onun həyat yoldaşıdır. Həyat yoldaşı evin mülkiyyətçisi Cavabdeh3 doğma övladıdır. Hazırda yaşadığı ev bilavasitə həyat yoldaşı Talib Talıbovun doğma atası Cavabdeh3 əmlakıdır. Fərdi yaşayış evinin-miras əmlakın mülkiyyətçisi Cavabdeh3 xx.xx.1992-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 oğlu Sadıq Talıbov xx.xx.2011-ci il tarixdə, digər oğlu (iddiaçının həyat yoldaşı) Talib Talıbov xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Talıb Talıbovun vərəsələri isə onun həyat yoldaşı(iddiaçı) İddiaçı və qızı 2010-cu il təvəllüdlü X4r. Məhkəmə qətnaməsi ilə Cavabdeh3 vərəsəsi –oğlu Sadıq Talıbovun arvadının və uşaqlarının miras əmlaka payları müəyyən edilmişdir. Mərhum əri Talıb Talıbovun payı isə açıq saxlanılmışdır. Talıb Talıbovun vərəsələri olaraq o və qızı Mədinə miras açıldığı gündən miras əmlakda yaşamış və mirası faktiki qəbul etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 oğlu və Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, İddiaçı izahatını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** və ********** qeydiyyat №li çıxarışından görünür ki, Yevlax rayonu Hacıselli kəndində 0.18 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinin 4/8 hissəsinə Cavabdeh3, 1/8 hissəsinə Cavabdeh1, 1/8 hissəsinə Cavabdeh2, 1/8 hissəsinə Cavabdeh4, 1/8 hissəsinə isə Cavabdeh3 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarında olan 1581 nömrəli doğum haqqında şəhadətnəmədən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X5 atası Cavabdeh3, anası Cavabdeh1 Qurban qızıdır. İş materiallarında olan 764 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3 xx.xx.1992-ci ildə ildə vəfat etmişdir. İş materiallarında olan 938465 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2018-ci ildə ildə vəfat etmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamdən görünür ki, X9 ilə X2 arasında xx xxxx 2009-cu ildə nikah bağlanmışdır. Nikahdan sonra ərə Talıbov, arvada Talıbova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnəmədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 atası X12 oğlu, anası X1r. İş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh3 miras qalmış əmlakdan iki övladı Sadıq Talıbova və Talıb Talıbova 1/2 hissədə pay müəyyən edilməli, lakin Sadıq Talıbov öldüyü üçün onun miras payı irsi transmissiya qaydasında arvadı və üç uşağına(hazırkı iş üzrə cavabdehlərə) verilməlidir. Məhkəmə tərəfindən mülki işin araşdırılmış materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mərhum əri X9 miras qoyan Cavabdeh3 birinci dərəcəli qanun üzrə vərəsəsidir(oğludur). Miras əmlak Yevlax rayonu Hacıselli kəndində 0.18 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinin 4/8 hissəsindən ibarətdir. Miras qoyan Cavabdeh3 1992-ci ildə, onun birinci dərəcəli vərəsəsi olan Talıb Talıbov isə 2018-ci ildə vəfat etmişdir. Talıb Talıbov vəfat edənədək miras əmlakda yaşayaraq mirası faktiki qəbul etmişdir. İddiaçı azyaşlı övladı Mədinə ilə birlikdə hazırda da miras əmlak hesab edilən fərdi yaşayış evində yaşayır və mirası faktiki qəbul edibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1252-ci maddəsinə görə əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir(irsi transmissiya). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Miras əmlak- Yevlax rayonu Hacıselli kəndində 0.18 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinin 4/8 hissənin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X3 payları müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Yevlax rayonu Hacıselli kəndində 0,18 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 146,5 m2 olan fərdi yaşayış evinin Cavabdeh3 məxsus 4/8 hissəsinin 1/2 hissəsinə İddiaçı, 1/2 hissəsinə isə X3 payları müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-129/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-129/2021
28.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver