Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1293/2023 06.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “sənədin şəxsə məxsus olması faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, JN-0043 KOD 90112018 saylı torpağın mülkiyyətinə hüququna dair dövlət aktının ona və mərhum nənəsi X8 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o,14.012.1988-ci ildə anadan olmuşdur. Yevlax rayonu, Səmədabad kəndində yaşayır. Onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş pay torpaq sahəsi barədə JN-0043 KOD 90112018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adı səhvən Fəxriyyə, atasının adı səhvən Xalid qızı və mərhum nənəsi X5 adı səhvən Xüriyyə, atasının adı isə Heydər yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmir. JN-0043 KOD 90112018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında adında, atasını adında, habelə mərhum nənəsi X6 adının və ata adına getmiş səhvliklərin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd edilən səhvləri başqa qaydada düzəltmək mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X13 və X29 ifadələrində bildirmişdir ki, ərizəçi onların qohmu və həmkəndlisidir. Həmçinin ərizəçinin adının Fikriyə, atasının adının isə Xalidovna, ərizəçinin məhrum nənəsinin adı Xeyriyyə atasının adı Heydar olduğunu bildirmişdirlər. Məhkəmə, ərizəçlərinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.1988-ci il tarixdə verilmiş İX-ЮC №-li 312290 doğum haqqında şəhadətnamədən görünür ki, X27 xx.xx.1988-ci il tarixdə X43 anadan olmuşdur; atası- Xalid Mirzəyev, anası- Nazlı Mirzeyavadır. Ərizəçi F.Qəhrəmonova məxsus xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “Qəhrəmanova”, adı “Fikriyə”, atasının adı “Xalidovna”, doğulduğu yer “Özbəkistan, Daşkənd Vil”, doğulduğu tarix isə “xx.xx.1988”, qeydiyyatda olduğu ünvan “ünvan 1razi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X2 Fikriyə Xalidovna arasında bağlanmış nikah 2008-ci ilin noyabr ayının 19-cu günündə Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin akt qeydləri kitabında 30 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qəhrəmanov, arvada isə Qəhrəmanova soyadı verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş AZ seriyalı 122150 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, X16 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 325671 №-li ölüm haqqında şəhatdətnamədən görünür ki, Xalid Mirzəyev xx.xx.2022-ci il tarixdə vəfat etmişdir; JN-0043 KOD 90112018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X17, X18, X34, X19, X20, X15, X21, Xalid Mirzəyev və Nazlı İzzətova və X9 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı qərarı ilə Yevlax rayonu Səmədabad kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.55 ha torpaq sahəsi verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0043 №-li torpağın mülkiyyət hüququna dair dövlət aktında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 164 saylı, xx.xx.2023-cü il tarixrli arayışdan görünür ki, X3 rayonu Səmədabad kəndində yaşamışdır. X22 JN 0043 Kod 90112018 saylı torpağın mülkiyyət hüququna dair dövlət aktında səhvən X25 yazılmışdır. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 165 saylı, xx.xx.2023-cü il tarixrli arayışdan görünür ki, Qəhrəmanova (Mirzəyeva) X40 rayonu Səmədabad kəndində yaşayır. Qəhrəmanova (Mirzəyeva) Fikriyə Xalidovna JN 0043 kod 90112018 saylı torpağa mülkiyyət hüquqna dair dövlət aktından şəhvən X23 yazılmışdır. Yevlax rayonu Səmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 168 saylı, xx.xx.2023-cü il tarixrli arayışdan görünür ki, nümayəndəliyin Səmədabad kənd sakini olmuş mərhum X1 Fikriyə Xalidovnanın nənəsdir. Yəni mərhum Mirzəyev Xalidin anasıdır. Yevlax rayon Qeydiyyat Şöbəsinin 05/09İS/114202-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə aid olan məlumatlar xx.xx.1988-ci il təvəllüldlü Ərizəçi, xx.xx.1987-ci il təvəllüdlü arvadı X10, oğlu xx.xx.2009cu il təvəllüdlü X11, qızı xx.xx.2011-ci il təvəllüdlü X12 və oğlu xx.xx.2014-cü il təvəllüdlü X7. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçilərin, JN-0043 KOD 90112018 №li “torpağa mülkiyyət hüququna dair şəhadətnamə”də göstərilmiş onun “ adı və atasının ata adı və mərhum nənəsinin adı və ata adı” ilə şəxsiyyət vəsiqəsində və ölüm haqqında şəhadətnamədə göstərilən “adı və ata adları” düz gəlmir, şəhadətnamələrdə “Ərizəçi və X16” əvəzinə “X23 və X25” yazılmışdır. Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, JN-0043 KOD 90112018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və “X25” AZ seriyalı, 122150 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X16” ilə eyni şəxsdir ərizəçin həmin dövlət aktını onlara məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. JN-0043 KOD 90112018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktında göstərilən “X23” AZE seriyalı, ******** №-li şəxsiyyət vəsiqəsində göstərilən “Ərizəçi” ilə eyni şəxsdir və “X25” AZ seriyalı, 122150 №-li ölüm haqqında şəhadətnamədə göstərilən “X16” ilə eyni şəxsdir, JN-0043 KOD 90112018 №-li “torpağa mülkiyyət hüququna” dair dövlət aktının onlara məxsus olması faktının müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1293/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1293/2023
06.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver