Məhkəmə qərarları › İş №2(039)-1295/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1295/2020

28.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1295/2020 28.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin nümayəndəsi XN iştirakları ilə, Ərizəçi müharibədə iştirak etmə faktının tanınması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üəyyən etdi: Ərizəçi, maraqlı şəxslər olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyini və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini və Azərbaycan Respublikası Müdafiə Nazirliyini qeyd etməklə, ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək onun Qarabağ uğrunda gedən döyüşlərdə - müharibədə iştirak etmə faktının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, belə ki, o, Yevlax Rayon Hərbi Komissarlığından gəlməklə N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 48 nömrəli əmrilə kəşfiyyat bölməsinin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N8ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, Yevlax RHK -dan gəlmiş Ərizəçi N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N992-ci il tarixli 48 nömrəli əmrilə kəşfiyyat bölməsinin tərkibinə daxil edilmişdir. Habelə əlavə edilmişdir ki, 709 (N8N)- nömrəli hərbi hissə komandirinin N992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. O, Azərbaycan Respublikasının bütövlüyü uğrunda erməni birləşmələrinə qarşı döyüş əməliyyatlarında iştirak etmiş, belə olan halda «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinin onuncu yarımbədinə uyun olaraq “Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 09-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanlarının tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, order və medallarla təltif olunmaq haqqında vəsiqələr yaranma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmişdir. Eyni zamanda barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. Hesab edir ki, onun müharibə veteranı adı almağı qanuni və əsaslıdır. Bu onun haqqıdır. Odur ki, hazırkı ərizəsi ilə Məhkəməyə müraciət (etməmişdən öncə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş. Müraciəti xx.xx.2020- ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki,"Sizə "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi əlaqədar göndərilən sənədlərdə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"nın xx.xx.2020- tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Ərizəçi iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini nümayəndəsi Vüqar Allahverdiyev ərizədə qeyd edilən məsələyə məhkəmə qaydasında baxılmalı olmadığını qeyd etməklə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə həmin bu maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 26N.0.N. iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 307.N. məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 308 məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 20N9-cu il tarixli, 03 saylı qərarının N4-cü bəndində qeyd edilir ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı ərizəyə ümumi məhkəmələrdə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26N.0.N, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi, onun Qarabağ uğrunda gedən döyüşlərdə - müharibədə iştirak etmə faktının tanınması barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan N0 gün müddətində Yevlax rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar