Məhkəmə qərarları › İş №2(039)-1298/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1298/2022

23.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1298/2022 23.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının hüquqi əhəmiyyətli olan faktın, sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair JN-2036 Kod 90101002 saylı şəhadətnamə üzrə Yevlax rayon Aqrar İslahat Komissiyasının 17 fevral 2006-cı il tarixli qərarı əsasında mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsi ilə bağlı şəhadətnamənin adı soyadı və ailə üzvləri qrafasının üçüncü sırasında qeyd edilmiş Ərizəçi1 Yusif qızı qeydinin Ərizəçi1 adına məxsus olması eləcə də həmin sətrin dördüncü sırasında X1 qeydinin Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının adına məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iclasa gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Mülki Prossesual Məcəllə: Maddə 259.0.6. işə onların iştirakı olmadan baxılmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə ərizəçilər iclasa gəlmədiyindən və işə onun iştirakı olmadan baxılmasını xahiş etmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264 və 267-ci maddələrini rəhbər tuturaq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi1 və Rəhimova (Cəbrayılova) Aytac Natiq qızının sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar