Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1305/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, torpaq sahəsinin onun torpaq sahəsi ilə sərhəd olan hissəsindən 40 sm enində, 8 metr uzunluğunda zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində RX seriyalı ******* saylı çıxarışa əsasən Yevlax şəhəri H.Aslanov küçəsi 39 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. O, yaşadığı fərdi yaşayış evinə normal şəkildə daxil ola bilmir. Yaşadığı evə nə avtomobil daxil ola bilir, nə də hər hansı bir qəza baş verərsə, həyətə yanğın söndürən maşının daxil olması mümkün deyildir. Onunla qonşuluqda yaşayan hazırkı cavabdehə dəfələrlə müraciət edərək ondan xahiş etmişdir ki, 40 sm enində, 8 metr uzunluğunda 32 m2 torpaq sahəsini ona versin. Bu barədə müvafiq kompensasiyanı belə ödəməyə hazırdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı özgənin mülkiyyətində olan torpaq sahəsindən zəruri yolun ayrılması və ondan istifadə etməyə icazə verilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1305/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1305/2021
07.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver