Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1308/2020 16.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı cavabdeh Tərtər X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 486 manat cərimənin üzərindən silinməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Tərtər X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 486 manat cərimənin üzərindən silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, məhkəməyə daxil olmuş İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 486 manat cərimənin üzərindən silinməsi tələbinə dair iddia ərizəsindən görünür ki, həmin iddia ərizəsində cavabdeh kimi X3 İstismarı İdarəsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İş materiallarından müəyyən olunur ki, X3 İstismarı İdarəsi hüquqi şəxs deyil və hüquqi şəxs qismində ünvan 1 ünvanında yerləşən Cavabdeh çıxış edir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI: İddiaçı cavabdeh Tərtər X1rşı təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı tərtib edilmiş akt əsasında müəyyən edilmiş 486 manat cərimənin üzərindən silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1308/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1308/2020
16.06.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver