Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-133/2021 04.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı( eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vətəndaşın qeyri-qanuni hərəkətlərinin qarşısının alınması və tikilinin sökülməsi tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onlara qarşı etdiyi qeyri-qanuni hərəkətlərin qarşısının alınması və cavabdeh tərəfindən qanunsuz inşa olunmuş tikilinin sökülməsi və 10,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar Cavabdeh ilə qonşuluqda yaşayırlar. Cavabdeh onları evində rahat yaşamağa qoymur, onlara qarşı qanunsuz hərəkətlər edir. Belə ki, İddiaçı1 bütün cehizlərini satıb xərc çəkərək hazırkı cavabdehin torpaq sahəsi ilə aralarında olan daş hasarı tikdirmişdir. Cavabdeh isə bir il əvvəl arxa divar onların tikdirdiyi daş hasar olmaqla toyuq-cücənin saxlanılması üçün yer inşa etdirərək orada toyuq-cücə saxlayır. Həmin toyuq-cücənin, peyininin üfunətli qoxusundan onlar evlərində, həyətlərində yaşaya bilmirlər. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınmasını, onun toyuq-cücənin saxlanılması üçün tikdirdiyi tikilinin sökülməsini və onlara qarşı edilən qeyri-qanuni hərəkətlərin dayandırılmasını tələb edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaçıların həyətyanı torpaq sahəsi ilə onun torpaq sahəsi arasında tikilmiş daş hasara onun da vəsait xərclədiyini bildirərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Ərazi idarəsi tərəfindən verilmiş MA seriyalı, ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yevlax şəhəri, şəhid H.Əliyev küçəsində istifadədə olan 0.05 ha torpaq sahəsində yerləşən 51 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X1 və torpaq sahəsi X2, X3 və İddiaçı2 adlarına 10.07.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli 10/4018 saylı rəyindən, Yevlax şəhəri Əli Bayramov küçəsi ev 16 ünvanında Cavabdeh mülkiyyətində olan torpaq sahəsində tilikmiş toyuq damının Azərbaycan Respublikası Şəhərsalama və Tikinti Məcəlləsinin 69.5.2-1 bəndinin tələblərinə uyğun inşa olunmadığı müəyyən olunur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar və cavabdeh qonşuluqda yaşayırlar. İddiaçılar özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi tikdirdikdən sonra cavabdeh özünə məxsus torpaq sahəsində “Dövlət şəhərsalma Norma və Qaydalarının” tələblərinə uyğun olmayan ara məsafə ilə toyuq damı tikmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur(maddə 152.1). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın(maddə 152.5). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər(maddə 157.4). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər(maddə 165) Sadalanan əsaslarla iddiaçı cavabdehə məxsus toyuq damının sökülməsini tələb etməkdə haqlıdır. Çünki Mülki Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən torpaq sahəsində tikilmiş toyuq damı sökülməli, 10,40 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçıların xeyrinə tutulmalı, iddia təmin edildiyindən 100 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən, ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş toyuq damı sökülsün və 10,40 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Cаvаbdеh Cavabdeh 100 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu210005; VÖEN**********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-133/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-133/2021
04.06.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver