Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1368/2021 16.09.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi X3 iştirakları ilə, Ərizəçi X3 şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Pünhan İsayev ərizə ilə məhkəməyə müraciət edərək, X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizə belə əsaslandırmışdır ki, 17 yanvar 1986-cı il təvəllüdlü, 2-ci qrup əlil qardaşı X7 onlarla birgə yaşayır və o, ona baxır. X8 epilepsiya xəstəsi olduğuna görə özünü idarə edə bilmir, öz hərəkətlərini qiymətləndirməyi bacarmır. Onun xəstə olması müəyyən mülki hüquqlarının həyata keçirilməsində maneələr yaradır. X1 üzərində qəyyum təyin edilməyim barədə Yevlax şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyimi bildirmişlər. Ona görə də məcburiyyət qarşısında qalıb qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmidir. Ərizəçi Pünhan İsayev iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmişdir. Məhkəmə, mövcud sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, ərizə əsaslıdır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən Pünhan İsayevə ünvanlanmış 138 №-li, 03 iyun 2021-ci il tarixli məktubda qeyd olunur ki, qanunun tələbinə görə qardaşınız X7 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyi və müstəqil sürətdə öz hüquqlarını həyata keçirməyə və qanunvericiliyə əsasən müdafiə etməyə qadir olmadığını təsdiq edən sənədi təqdim etmədiyiniz üçün qardaşınız X4 üzərində qəyyum təyin edilə bilməzsiniz. Qardaşınızın üzərində qəyyum təyin edilə bilməyiniz üçün onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün iddia ərizəsi ilə aidiyyəti məhkəməyə müraciət etməyinizi tövsiyə edirik. Doğum haqqında şəhadətnamələrlə müəyyən olunur ki, Pünhan İsayev və Musa İsayev qardaşdılar. Yevlax rayon ƏSMM-nin 21 may 2008-ci il tarixli 110568№-li vəsiqəsinin surətindən müəyyən olunur ki, X7 uşaqlıqdan 2-ci qrup əlildir. Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunur ki, X2 rayonu Xanabad kəndində yaşayır, qardaşı X7 2-ci qrup əlil olmaqla onun himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 139 №-li, 28 avqust 2021-ci il tarixli rəyində göstərilmişdir ki, X7 hal-hazırda xroniki psixi xəstəlik olan epilepsiya, qıcolma tutmaları, ağıl zəifliyi və ifadə olunmuş davranış pozuntuları ilə XBT- 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F02.8 xəstəliyi keçirirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar Musa İsayev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı Musa İsayevin psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Musa İsayevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəçi Pünhan İsayevin ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. 17 yanvar 1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Yevlax rayonu Xanabad kəndində qeydiyyatda olan və yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1368/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1368/2021
16.09.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver