Məhkəmə qərarları › İş №2(039)-1371/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1371/2025

13.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1371/2025 13.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə işə 12 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Rəhimova Ərizəçi maraqlı orqan Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, övladları X1 “Kvadroplegik serebral spastik iflici. Spastik tetroplegiya” diaqnozu və X2 “G80.0 Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilməmələrini və özlərini idarə edə bilməmələrini nəzərə alaraq onların fəaliyyət qabiliyyəti olmayan hesab edilmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Rəhimova Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.2007ci il təvəllüdlü X7 “Kvadroplegik serebral spastik iflici. Spastik tetroplegiya” diaqnozu və xx.xx.2008ci il təvəllüdlü X8 G80.0 Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə aylarla mütəmadi olaraq davamlı müalicə kursu keçirlər. Övladlarının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onları idarə etmək olmur. Onları ərizəçi idarə edir, xəstəxanaya aparır, mütəmadi həkim müayinəsindən keçirərək, özlərini daim nəzarətdə saxlayır. Hazırda hər iki övladı onun himayəsindədir. Övladlarının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barəsində yazmış olduğu bu ərizəsiylə hal-hazırda onların müntəzəm qaydada ağır xəstəlik keçirdiklərini, öz hərəkətlərinin mənasını anlaya bilmədiklərini, öz hərəkətlərini idarə edə bimədiklərini və bunların müqabilində özləri üçün təhlükə yaratdıqlarını və onu bir ana olaraq onları özünün idarə etməyinə ciddi ehtiyacları vardır.ona görə də ərizəçi bu ərizəsiylə məhkəməyə müraciət edərək övladları X7 və X2 ağır xəstəliklərinin olmasını nəzərə alaraq şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını qanuni və əsaslı hesab edir. Maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxs Yevlax rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 G80.0 Kvadroplegik spastik serebral iflic diaqnozu ilə birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X4 Kvadroplegik serebral spastik iflici. Spastik tetroplegiya diaqnozu ilə birinci dərəcəli əlillik verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim olunmuş 24 aprel 2025-ci il tarixli, 5-9-16/2-80/2025 saylı Arayışda qeyd olunur ki, Ərizəçi həqiqətən Tanrıqulular kəndində yaşayır və övladları X7 və X8 valideynlərinin himayəsindədirlər. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZ-İİ 101690 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZ-İİ 236119 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olanvə məhkəmə iclasında tədqiq edilən AZE 0******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Yevlax Rayon Məhkəməsinə 100.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 391 saylı Rəydə qeyd olunmuşdur ki, X7 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənası başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında deyildir. Yoxlanılan şəxs X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli 391 saylı Rəydə qeyd olunmuşdur ki, X8 ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri və davranış pozuntuları ilə xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənası başa düşmək və ya öz hərəkətlərinə rəhbərlik edə bilmək iqtidarında deyildir. Yoxlanılan şəxs X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsində göstərilir ki, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidirlər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 320, 321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsinlər. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar