Məhkəmə qərarları › İş №2(039)-138/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-138/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-138/2023 10.01.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi, maraqlı şəxs olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 17 saylı Ərazi İdarəsini qeyd etməklə, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı verilmiş JN-509A saylı 90100016 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X3 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun təsdiq edən sənədin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə müəyyən edilməsinə dair qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 saylı qərarı ilə ona Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi verilmişdir. Buna dair adına şəhadətnamə işlənmişdir. Lakin həmin şəhadətnamədə adının səhvən Sahib kimi yazılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə səhvin düzəldilməsi ilə bağlı müraciət etsə də, ona məhkəməyə müraciət etməyini bildirmişdirlər. Qeyd edlən faktın başqa formada bərpası mümkün olmadığından ərzə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdı Tərəflərin izahatları: Ərizəçi iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X1 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Onun adı rəsmən Qərib olsa da, onu qohumları və yaxınları Sahib kimi çağırır. Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi onun mülkiyyətinə ayrılmışdır və buna dair Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və adının Qərib olduğu halda səhvən Sahib kimi qeyd etmişlər. X2 bildirmişdir ki, Ərizəçi onun qohumudur. Yaxınları onu Sahib kimi çağırdığından ona Yevlax rayonu, Aran qəsəbəsi ərazisində 0.06 hektar torpaq sahəsi ayrılarkən adı səhvən Sahib qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 04 mart 2022-ci il tarixli **********24 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-509A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “X5” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” adı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. KOD 90100016 JN-509A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 nömrəli qərarı ilə Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aran qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 1092 №-li, 31 oktyabr 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-509A nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi adı səhv olaraq X5 yazılmışdır. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş məktubda qeyd olunur ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X3 doğumu və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, Ərizəçi Yevlax rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 2001-ci il tarixli 58 nömrəli qərarı ilə, Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə ona JN-509A KOD 90100016 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçi Ərizəçi adı “Sahib” kimi, qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə JN- 509A KOD 90100016 №-li Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması təsdiq olunur, bu, ərizəçiyə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Aran qəsəbəsi ərazisində yerləşən 0.06 hektar torpaq sahəsinə aid JN-509A KOD 90100016 Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar