Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1410/2023 05.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Qasımov Nurlan Asif oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair iddiası üzrə mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Yevlax şəhəri, Nizami prospekti 192 saylı fərdi evinə olan istifadə hüququna 8000 manat kompensasiya ödənilməklə xitam verilməsinə və onun əşyaları ilə birlikdə evindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehlər Cavabdeh məhkəmə iclasında 05 iyul 2023-cü il tarixli barışıq sazişi təqdim edərək bildirdilər ki, tərəflər aralarında olan mübahisəni barışıq yolu ilə həll edərək, 30 may 2023-cü il tarixdə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtlərinə əsasən – 1) İddiaçı digər tərəf Cavabdeh 1000 manat əvvəl verməklə 9000 manat isə xx.xx.2023-cü il tarixində saat 20:00-da verməklə bu barədə sazişi imzalayan tərəfdən (S.Alyaraova) alınmasını müəyyən edən rəsmi qəbzi almaqla qarşılıqlı qaydada razılaşırlar ki, Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Nizami pr, ev 192-dan ona qeyd etdiyi məbləği kompensasiya olaraq verməklə onun istifadə hüququna xitam verilsin. İstifadə hüququna xitam verildikdən sonra Cavabdeh 1 ay ərzində Yevlax şəhəri Nizami pr, 192 saylı fərdi yaşayış evindən bütün cer-cehiz əşyalarını, götürməklə çıxaracağın dərhal pasport qeydiyyatından çıxarılması öhdəliyi üzərinə götürür. 2) Onlar hər iki tərəf İddiaçı və Cavabdeh sazişlə qeyd edi edilənləri sərbəst olaraq qəbul edib könülü qaydada razılaşırlar ki, tərəf olaraq kompensasiyanı aldıqdan sonra heç bir zaman, heç bir vaxt məhkəmə və digər orqanlarda hazırki tələblə bağlı həmçinin evə köçürülmə və digər analoji tələblərə məhkəmədə çıxış etməyəcəkdir. Ona görə də, məhkəmədən tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Tərəflər hər biri ayrı-ayrılıqda təqdim olunmuş barışıq sazişinin şərtləri ilə razı olduqlarını bildirərək, həmin barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından həmin barışıq sazişi təsdiq olunmalıdır. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə iddianın bir hissəsindən qismən imtina edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin ikinci hissəsində imtina etdiyini bildirmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, istifadə hüququna xitam verilməsinə əlaqədar İddiaçı kompensasiya verilməklə istifadə hüququnu qəbul edərək qeyd etdiyi kompensasiyanı yəni min manat əvvəl almış, doqquz min manat isə hazırda almaqla ümumilikdə on min manat kompensasiya nəğd olaraq almış, bu barədə barışıq sazişini imzalamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, barışıq sazişinin şərtləri məhkəmə iclası protokoluna daxil edilmişdir və müvafiq qaydada imzalanmışdır. Tərəflərə barışıq sazişinin nəticələri və Azərbaycan Respublikası MPM-nin 262-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsi əsaslarının nəticələri izah olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 161, 261, 262, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunsun: 1). İddiaçı digər tərəf Cavabdeh 1000 manat əvvəl verməklə 9000 manat isə xx.xx.2023-cü il tarixində saat 20:00-da verməklə bu barədə sazişi imzalayan tərəfdən (S.Alyaraova) alınmasını müəyyən edən rəsmi qəbzi almaqla qarşılıqlı qaydada razılaşırlar ki, Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, Nizami pr, ev 192-dan ona qeyd etdiyi məbləği kompensasiya olaraq verməklə onun istifadə hüququna xitam verilsin. İstifadə hüququna xitam verildikdən sonra Cavabdeh 1 ay ərzində Yevlax şəhəri Nizami pr, 192 saylı fərdi yaşayış evindən bütün cer-cehiz əşyalarını, götürməklə çıxaracağın dərhal pasport qeydiyyatından çıxarılması öhdəliyi üzərinə götürür. 2). Onlar hər iki tərəf İddiaçı və Cavabdeh sazişlə qeyd edi edilənləri sərbəst olaraq qəbul edib könülü qaydada razılaşırlar ki, tərəf olaraq kompensasiyanı aldıqdan sonra heç bir zaman, heç bir vaxt məhkəmə və digər orqanlarda hazırki tələblə bağlı həmçinin evə köçürülmə və digər analoji tələblərə məhkəmədə çıxış etməyəcəkdir. İddiaçı Cavabdeh qarşı istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1410/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1410/2023
05.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver