Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1425/2025 15.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsil ilə məhkəməyə müraicət edərək, Yevlax rayonu Yuxarı Qarxun kəndində yerləşən və ona (iddiaçıya) məxsus olan fərdi yaşayış evinə sudan istifadəəyə görə əsassız hesablanmış 704.32 (yeddi yüz dörd manat otuz iki qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə vəsatət (ərizə) təqdim edərək, hazırkı iş üzrə cavabdeh iddiaya cavab verməli olan şəxsin Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti olduğunu göstərərək, iş üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əsl cavabdeh Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti əvəz edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını və baxılmamış saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin qaytarılması barədə ərizə verdiyindən və cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll olunmasını tələb edilmədiyindən ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh «Azərbaycan Meliorasiya və X3 Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində yazılı şəkildə Yevlax Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1425/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1425/2025
15.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver