Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1462/2022 20.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2, maraqlı şəxs olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək JN-614 KOD 90110018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. İşin halları: Ərizə belə əsaslandırılmışdır ki, 1-ci ərizəçi olaraq onun soyadı Əkbərova, adı Nabad, ata adı isə Oruc, 2-ci ərizəçi olaraq onun soyadı Əkbərov, adı Canpolad, ata adı Orucdur. Bu 1-ci ərizəçi olaraq ona məxsus olan 28 sentyabr 1965-ci il tarixli, AZ ******* №-li doğum haqqında şəhadətnamədə və AZE ******** №- li, 24 noyabr 2016-cı il tarixli şəxsiyyət vəsiqəsində, 2-ci ərizəçi olaraq ona məxsus olan 14 may 2022-ci il tarixli AZ-T 200373 №-li doğum haqqında şəhadətnamədə və AA******* №-li şəxsiyyət vəsiqəsində də göstərilmişdir. Lakin pay torpaq sahəsi üçün onlara verilmiş JN-614 KOD 90110018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair dövlət aktında 1-ci ərizəçi olaraq soyadı səhvən Ələkbərova, adı Nabat və 2-ci ərizəçi olaraq soyadı səhvən Ələkbərova yazıldığına görə müəyyən mülki hüquqlarını həyata keçirə bilmirlər. JN-614 KOD 90110018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair dövlət aktında soyadları və 1-ci ərizəçi olaraq adında getmiş səhvin düzəldilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, tələbi təmin edilməmiş və məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də KOD 90110018 JN-614 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Tərəflərin izahatları: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iclas zamanı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs DƏDRX 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, nümayəndəsinin iclasda iştirakını təmin etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Sübutlar: X2 bildirmişdir ki, Ərizəçi1 və Ərizəçi2 onun qonşularıdır. Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.44 ha torpaq sahəsi onların mülkiyyətlərinə ayrılmışdır və buna dair JN-614 KOD 90110018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Lakin şəhadətnamədə Nabat Əkbərovanın adı və soy adı, Ərizəçi2 isə soyadı səhv qeyd edilmişdir. X1 bildirmişdir ki, Ərizəçi1 və Ərizəçi2 ilə qonşudur. Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.44 ha torpaq sahəsi onların mülkiyyətlərinə ayrılan zaman Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi1 ad və soyadı, Ərizəçi2 isə adı səhv qeyd edilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinin 03 mart 2022-ci il tarixli **********18 nömrəli məktubunda qeyd olunur ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-614 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən “Nabat ” adı və “Ələkbərov” soyadı ilə şəxsiyyət vəsiqəsində “Nabad” adı və “Əkbərov” soyadı arasında uyğunsuzluq mövcuddur. Müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilərək yazılması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri” haqqında Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. KOD 90110018 JN-614 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından müəyyən olunur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 nömrəli qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 1.44 hektar torpaq sahəsi X5 və ƏlƏrizəçi2 mülkiyyətinə verilmişdir. AZ ******* №-li 28 sentyabr 1965-ci il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, atası X10, anası X3r. AZ-T 200373 №-li 14 may 2022-ci il tarixli Doğum haqqında şəhadətnamənin sürətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası X10, anası X3r. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuşdur, Yevlax rayonu Tanrıqulular kəndində qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi2 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Tanrıqulular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin 176 №-li, 22 aprel 2022-ci il tarixli arayışında qeyd olunur ki, JN-614 KOD 90110018 olan şəhadətnamədə göstərilən Ərizəçi1 və Ərizəçi2 adında və soy adında nöqsana yol verilmişdir. X7 əslində Ərizəçi1, ƏlƏrizəçi2 isə Ərizəçi2 yazılmalıdır.. Hüquqi məsələlər: Mülki Prosesual Məcəllə Maddə 305.1.1. məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Maddə 307.2.5. məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Yevlax rayon Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 nömrəli qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 1.44 ha torpaq sahəsi ayrılmışdır. Lakin, bu barədə onlara KOD 90110018 JN-614 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilərkən şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçi Ərizəçi1 adı və soyadı səhvən “Nabat Ələkbərova” kimi, digər mülkiyyətçi Ərizəçi2 soyadı səhvən Ələkbərov kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, mövcud sənədlərlə KOD 90110018 JN-614 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktın ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması təsdiq olunur, bu, ərizəçiyə torpaq üçün mülkiyyət hüququna dair çıxarışın və texniki pasportun alınması üçün lazımdır, ərizəçi həmin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.44 ha torpaq sahəsinə dair KOD 90110018 JN-614 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1462/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1462/2022
20.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver