Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-147/2020 05.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs X15 Hakimiyyətinin Maraqlı şəxs nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1946-cı il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1946-cü il təvəllüdlü X9 onun doğma qardaşıdır. X12 şəhəri X1 Şöbəsinin psixonevroloji kabinetində “Şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. X11 Yevlax rayonu Hacımahmudlu kəndində onunla birlikdə yaşayır və o, xəstəliyi ilə əlaqədar anlaqsızdır. Hazırda mərhum nənəsi X2 və X5 miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar ondan qardaşı Vaqif Hüseynov üzərində qəyyumluq sənədi tələb olunur. Bu barədə Yevlax İcra Hakimiyyəti Maraqlı şəxsna müraciət etmiş, lakin tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməyi bildirmişlər. Ərizəçi iclas zamanı ərizəni müdafiə edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs X15 Hakimiyyətinin Maraqlı şəxs nümayəndəsi X7 məhkəmə baxışı zamanı izahat verərək ərizənin qanuni həll edilməsini xahiş etmişdir. Məhkəmə, ərizəçinin, maraqlı şəxs X15 Hakimiyyətinin Maraqlı şəxs nümayəndəsi Vidadi Murtuzayevin izahatlarını dinləyib,iş üzrə müəyyən edilmiş sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Şəxsiyyət vəsiqəinin surətindən müəyyən olunur ki, Vaqif Hüseynov xx xxxx 1946-cı il tarixdə Yevlax rayonu, Hacımahmudlu kəndində doğulmuşdur. Qaramanlı kənd İƏD üzrə nümyəndəliyi tərəfindən verilmiş arayışda qeyd olunur ki, Ərizəçi Hacımahmudlu kəndində yaşayır, qardaşı Vaqif Hüseynov onun himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Rayonlararası Psixonevroloji Dispanserinin ambulator məhkəmə psixiatrik ekspertizasının 143 №-li, xx xxxxxx 2020-ci il tarixli rəyində göstərilmişdir ki, X9 hal-hazırda xroniki psixi xəstəlik olan ŞİZOFRENİYA PARANOİD FORMA, TERAPEVTİK REMİSSİYA VƏZİYYƏTİ XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı-10-cu baxış) F20.0 xəstəliyi keçirdiyindən hazırki ekspertiza zamanı öz hərəkətlərinin mənasını tam anlamaq və hərəkətlərini tam idarə etmək qabiliyyətində deyildir. Bu səbəbdən X9 hal-hazırda fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Mülki Prosessual Məcəllə: Maddə 317.2. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Maddə 318.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Maddə 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Maddə 322.2. Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Beləliklə mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, X9 xx xxxx 1946-cı ildə Yevlax rayonu Hacımahmudlu kəndində doğulmuş, o, Yevlax şəhəri X3 Şöbəsinin psixonevroloji kabinetində “Şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatdadır. X11 Yevlax rayonu Hacımahmudlu kəndində qardaşı Ərizəçila birlikdə yaşayır, və o, xəstəliyi ilə əlaqədar anlaqsızdır. Hazırda mərhum nənəsi X2 və X5 miras qalmış əmlaka vərəsəlik işi açılması ilə əlaqədar Ərizəçi qardaşı Vaqif Hüseynovun üzərində qəyyumluq sənədi tələb olunur. Məhkəmə iclası zamanı Vaqif Hüseynovun psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Vaqif Hüseynovun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi əsaslıdır, ərizə təmin edilməli, xx xxxx 1946-cü ildə Yevlax rayonu Hacımahmudlu kəndində anadan olmuş, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxx 1946-cü ildə Yevlax rayonu Hacımahmudlu kəndində anadan olmuş, Yevlax rayonu Hacımahmudlu kəndində qeydiyyatda olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-147/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-147/2020
05.05.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver