Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1473/2024 25.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qızı X3 paraplegiya, “nitq pozulması, ağır dərəcəli kəmağıllıq diaqnozu” ilə əlaqədar öz hərəkətlərinin mənasını anlaya bilməməsini və özünü idarə edə bilməməsini nəzərə alaraq onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, onun qızı X3 paraplegiya, “nitq pozulması, ağır dərəcəli kəmağıllıq diaqnozu” ilə aylarla psixiatrik xəstəxanada müalicə kursu keçir. Qızının bu tipli ağır xəstəliyi ağırlaşdırıcı olduğundan bu proseslərdə onu idarə etmək olmur. Cəmiyyət və insanlar üçün bəzən təhlükə mənbəyi olur. O, idarə edib xəstəxanaya aparır, mütamadi həkim müayinəsindən keçirilirərək, özünü daim nəzarətdə saxlayır. Hazırda onun himayəsindədir. Qızının fəaliyyət qabliyyəti olmayan hesab edilməsini hal-hazırda onun müntəzəm qaydada xəstəlik keçirdiyini, öz hərəkətlərini mənasını anlaya bilmədiyini, öz hərəkətlərini idarə edə bilmədiyini və bunların müqabilində özü üçün təhlükə yartdığını və özünü idarə etməyinə ciddi ehtiyacı vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; AZ-İİ seriyalı 073355 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X1 atası X5, anası Ərizəçidır. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Ərizəçi qızı Rəqsanə Mirzəyevanın üzərində qəyyum təyin edilə bilinmədiyi üçün onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyini tövsiyə edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, X3 birinci dərəcəli əlilldir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 X4 Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli həkim psixiatr komissiyasının rəyindən görünür ki, X3 ağlı kəmağıllıq kəskin imbesillik kobud nitq və davraniş və danışıq hərəkəti aparılmasının pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı var. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Sağlamlıq İmkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 həqiqətən xx.xx.2017-ci il tarixdən 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə daxil olmuş və xx.xx.2022-ci il tarixində ailəyə reinteqrasiya olmasına səbəbi ilə dövlət təminatından çıxarılmışlar. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 4497 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X2 ağır dərəcəli gerilik uşaq serebral iflici nəticəsində aşkar olunur. X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X3 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.2004-cü il təvəllüdlü X3 öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1473/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1473/2024
25.11.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver