Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-148/2023 31.08.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X5 Cavabdeh1 Maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinə qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində yerləşən torpaq sahəsinin kənarına qanunsuz olaraq mişar daşı ilə çəkilmiş hasarın sökülməsi; ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax şəhər Bələdiyyəsi iş üzrə maraqlı şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. Yaşadığı binanın qarşısında cavabdehlərə məxsus torpaq sahəsi vardır. Lakin cavabdehlər mülkiyyətində olan torpaq sahəsindən kənara çıxmışlar. Buna sakinlərinin gediş-gəliş yolunu bağlamışlar. Daş hasarla hörmüşlər. İddiaçı nümayəndəsi və vəkili X8 iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı yaşadığı evin qarşısında olan torpaq sahəsi Cavabdeh1 məxsus olsa da, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsindən kənara çıxmaqla Yevlax şəhər Bələdiyyəsinə məxsus olan və bina sakinləri üçün nəzədə tutulmuş gediş-gəliş yolunu daş hasarla bağlamışlar. Bu da iddiaçının hüquqlarını pozur. Cavabdeh1 məhkəmə iclasında izah etdi ki, onun həmin ərazidə torpaq sahəsi vardır. Öz torpağından istifadə edir. Həmin ərazidə gediş-gəliş yolu olmamışdır. İddia əsassızdır. Maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinin nümayəndəsi X4 məhkəmə iclasında izah etdi ki, daş hasarın hansı hissəi Bələdiyyə mülkiyyətində olamsı mütəxəssis rəyində əks olunmayıb. Həmin ərazi yol üçün nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsi islahat zamanı başqa biş şəxsə verilmişdir. Alqı-satqı müqaviləsi əsasında cavabdeh əldə etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 1 saylı Mənzil-Təmir_İstismar sahəsinin 23 iyun 2021-ci il tarixli 238 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2022-ci il tarixli 1737 saylı məktubundan məlum olur ki, hündürlüyü ən çox 2 metr 20 santımetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarlanan (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmayan tikinti obyekti olması izah olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinin 20 iyul 2022-ci il tarixli **********49 saylı məktunundan məlum olur ki, Sözügedən torpaq sahəsi 20 aprel 2021-ci il tarixdə Notariat kontorunun 4Ə-132 teyestr nömrəli alqı-satqı müaviləsi əsasında Cavabdeh1 adına rəsmiləşdirilmiş və 22 aprel 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reystrində ********** qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Yaşıl rəngli giriş darvazası qoyulmuş torpaq sahəsi 9 nömrəli binadan 7 metr məsafədə reyləşir. Həmin məsafədə yerləşən cəhrayı rəngli giriş darvazası qoyulmuş torpaq sahəsi isə dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər Bələdiyyəsinin 09 sentyabr 2022-ci il tarixli 229 saylı məktubundan məlum olur ki, Yevlax Bələdiyyəsinin şəhər sakini Cavabdeh2 və digər şəxslərə məktubda göstərilən ərazidən torpaq sahəsinin ayrılmasına dair heç bir qərar olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 19 oktyabr 2022-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Ərazi idarəsinin 24 mart 2023-cü il tarixli 3-21-3-33/2-1126/2023 saylı rəyindən görünür ki, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində mişar daşı ilə çəkilmiş uzunuğu 94.9 m olan daş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan 92 kv.m torpaq sahəsi üzərində, 34.9 m hissəsi **********96 reyestr nöməli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 22 aprel 2021-ci il tarixli çıxarışdan məlum olur ki, Cavabdeh1 Yevlax şəhəri, X10 küçəsi 1-ci döngə 8A ünvanında 0.03 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2023-cü il tarixli 10/3588 saylı ekspert rəyindən görünür ki, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində mişar daşı ilə çəkilmiş uzunuğu 94.9 m olan daş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan 92 kv.m torpaq sahəsi üzərində, 34.9 m hissəsi **********96 reyestr nöməli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər Bələdiyyəsinin 31 avqust 2023-cü il tarixli 422 saylı məktubundan məlum olur ki, ünvan 2 ünvanda mişar daşı ilə hasar Cavabdeh1 tərəfindən çəkilmişdir. Yevlax Bələdiyyəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 30 avqust 2023-cü il tarixli 3-21-3-35/2-322/2023 nömrəli məktubuna əsasən bildirir ki, M.S.Vazeh küçəsi döngə 2, ev 8A ünvanlnda yerləşən 92 kv.m torpaq sahəsi Yevlax Bələdiyyəsinin “X3 X1” xəritəsinə əsasən Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyatyanı sahələrin altında olan torpaqlar), uqodiyası tikili altında olan torpaq sahəsidir. Naturada baxış keçirilmiş 92 kv.m torpaq sahəsinin döngə nöqtələri koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerqurluşu planında göstərilmişdir. Həmin ərazi gediş-gəliş və ümumiyyətlə istifadə üçün deyil, həyətyanı torpaq sahəsidir. Gələcəkdə həmin torpaq sahəsi istifadəcisi tərəfindən alına bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Yevlax şəhəri, İlqar Dəmirov küçəsi ev 9, mənzil 6-da yaşayır. İddiaçı qaldığı binanın qarşı tərəfində binadan 7 metr məsafədə yerləşən 0.03 ha torpaq sahəsi Cavabdeh1 məxsusdur. Həmin torpaq sahəsi daş hasarla hasarlanmışdır. 94.9 m olan daş hasarın 60 m hissəsi Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olan 92 kv.m torpaq sahəsi üzərində, 34.9 m hissəsi **********96 reyestr nöməli çıxarışla Cavabdeh1 mülkiyyətinə verilmiş 0.03 ha torpaq sahəsinin üzərində inşa edilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax şəhəri, İlqar Dəmirov küçəsi 9 nömrəli binanın qarşı tərəfində yerləşən torpaq sahəsinin kənarına qanunsuz olaraq mişar daşı ilə çəkilmiş hasarın sökülməsi; ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin həmin torpaq sahəsi ümumi istifadə (gediş-gəliş yolu) üçün nəzərdə tutulmamışdır. Yevlax Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kateqoriyası yaşayış məntəqələrinin torpaqları (həyatyanı sahələrin altında olan torpaqlar), uqodiyası tikili altında olan torpaq sahəsidir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinə qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Yevlax şəhər Bələdiyyəsinə qarşı «qanunsuz tikilmiş hasarın sökülməsi və bina sakinlərinin yolunun açılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektorn Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektorn Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-148/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-148/2023
31.08.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver