Məhkəmə qərarları › İş №2(039)-1501/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1501/2021

05.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1501/2021 05.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı İB Cavabdeh qаrşı təbii qazdan istifadəyə görə yaranmış borcunun ödənilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı İB qarşı borcun silinməsi tələbinə dair qarşılıqlı idia tələbləri üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən еtdi: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehin təbii qazdan istifadəyə görə 369.10 manat borcun abonentin **********00000 saylı koduna və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN **********) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı İB-nin Tərtər RQİİ-nin rayon üzrə Yevlax xidmət sahəsi tərəfindən Cavabdeh mənzilində **********5 nömrəli məişət qaz sayğacı quraşdırılmış və həmin abonent tərəfindən istifadə edilməklə onun öz adına rəsmiləşdirilmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə borcu 2019-cu il tarixdən yaranmağa başlamışdır. Hazırda istifadə etdiyi təbii qaza görə abonenti 369.10 manat borcu yaranmışdır. Dəfələrlə həmin abonentə şifahi və yazılı xəbərdarlıqlar edilsə də borclu həmin məbləği hələdə ödəməmiş qalmaqdadır. Cavabdeh qarşılıqlı iddia ərizəsi təqdim edərək, cavabdeh tərəfindən əsassız olaraq üzərinə yazılmış cərimənin silinməsi və yeni quraşdırılmış sayğacın dəyərinin cavabdeh orqana aid edilməsinə dair qətnamə çıхаrılmаsını хаhiş еtmişdir. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşadıqları evtəbii qazla təchiz olunmuşdur. Sayğac qoyulan gündən sərf etdiyi qazın pulu vaxtında ödəmişdir. Tərtər RQİİ-nin əməkdaşları tərəfindən 20 aprel 2021-ci il tarixdə qaz sayğacına baxış keçirmişdir. Bununla əlaqədar akt tərtib edilərək sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və sayğacın daxili qulaqcıqlarında əzik, cızıq izi olması qeyd eidlmişdir. Qaz idarəsinin əməkdaşları tərəfindən sayğaca müdaxilə olunduğu bəhanəsi ilə əsassız olaraq 216 manat borc hesablanmışdır. Həmin borcla razı deyil, borc qanunsuz hesabına vurulmuşdur. Məhkəmə iclasının vaxtə və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı nümayəndəsini iclasda iştirakını təmin etməmişdir. Məhkəmə, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclаsındа ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bеlə ki, iş mаtеriаllаrınа əlаvə оlunmuş 25.12.2013-cü tarixli, 15529 saylı müqavilənin surəti ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən evin qaz təchizatına dair Tərtər RQİİ ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. 0257184 saylı, 30 aprel 2021-ci il tarixli Aktın surətindən məlum olur ki, İddiaçı İB nümayəndələri tərəfindən ünvan 4 ünvanında quraşdırılmış G4 markalı qaz sayğacına baxış keçirilən zaman, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və sayğacın daxili qulaqcıqlarında əzik, cızıq izi olması müəyyən edilmişdir. Laborator müayinələrin nəticəsində qeyd edilmişdir ki, G-4T markalı, ******* nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-çizik izləri aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilir ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilməlidir. 4x6x90=2160 m3 Təqdim edilmiş saldonun surətindən görünür ki, həmin ünvana akt əsasında 216 manat cərimə yazılmışdır. İddiaçı İB-nin 05 oktyabr 2021-ci il tarixli məktubunda qeyd edilir ki, Cavabdeh 2021ci ilin sentyabr ayındaa istifadə etdiyi təbii qaza görə borcunun 153 manatını ödəsə də, 216 manat itirilmiş qazın bərppası ilə bağlı ziyanı hələ ödəməmişdir. Mülki Məcəllə: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11 bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 12: Bənd 5. Qazın idxalı və ixracı müqavilələr əsasında həyata keçirilir. İdxal və ixrac da daxil olmaqla qaz nəqli xidmətləri ilə qazın nəql edilməsi üzrə üçüncü tərəflə sazişlər ancaq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə qüvvəyə minir. Bu razılıq həmin sazişlərin energetika müqavilələrinə və mövcud qanunvericiliyə uyğun olduğu hallarda vəhədlərdə verilir. Əgər müvafiq icra hakimiyyəti orqanı razılıq almaq üçün ona verilən yazılı sifarişə bir ay müddətində rədd cavabı vermirsə, həmin razılıq verilmiş sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 87 saylı qərarının 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli “Qazdan istifadə Qaydalarının” təsdiq edilməsi haqqında 80 saylı qərarı: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2 iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: İddia verilən zaman qüvvədə olan Maddə 8.1.1 məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatadək olduqda 20 manat məbləğində dövlət rüsumu tutulur. Maddə 9.1.5 istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, ünvan 4 ünvanında yerləşən ev təbii qazla təmin edilmiş və cavabdeh həmin təbii qazdan istifadə edərək mütəmadi olaraq qazın dəyərini ödəmişdir. Tərtər RQİİ-nin əməkdaşları tərəfindən həmin ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi, daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması müəyyən olunmuş, bu barədə akt tərtib olunmuş və sayğac müayinəyə göndərilmişdir. Akt əsasında Cavabdeh 216 manat cərimə hesablanmışdır. İlk olaraq qeyd edilməlidir ki, mövcud sübutlarla cavabdehin təbii qazdan istifadəyə görə hər hansı borcunun olmadığı təsdiq olunur. Onun hesabına yalnız itirilmiş qazın bərpası ilə bağlı 216 manat borc hesablanmışdır. Bundan başqa, qanunvericiliyin yuxarıda istinad edilən normalarının tələblərinə görə, küçədə yerləşən sayğaca müdaxilənin istehlakçının, hazırkı halda Cavabdeh təqsiri üzündən baş verməsi sübut olunmalıdır ki, bunun nəticəsində akt əsasında ona cərimə hesablansın. Lakin, həmin qüsurların məhz Cavabdeh müdaxiləsi nəticəsində baş verməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Bundan başqa qeyd olunmalıdır ki, hazırkı halda qaz paylayıcı tərəfindən sayğacın qanunvericiliyin tələblərinə uyğun olaraq üzərində olan plombun kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməsi də təsdiqini tapmır ki, belə olan halda istehlakçı müdaxiləyə görə cavabdehlik daşıya bilməz. Daha sonra qeyd olunmalıdır ki, mövcud qanunverciliyin tələbləri və təlimatlara əsasən, cavabdehin əməkdaşları tərəfindən mütəmadi olaraq sayğaclara texniki baxış keçirilir, borc mövcud olduqda bu barədə istehlakçılara məlumat verilir, hər hansı müdaxilə olduqda isə müvafiq akt tərtib edilir. Həmin ünvana son baxışın hansı tarixdə keçirilməsini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Belə olan halda istehlakçıya hansı əsasla 90 gün əsas götürülməklə cərimənin hesablanması da əsaslandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilərək cavabdehin saldosuna itirilmiş qazın bərpası ilə bağlı 216 manat borc silinməlidir. Sayğaca müdaxilənin istehlakçı tərəfindən baş verməsi sübut edilmədiyindən sayğacın dəyərinin ödənilməsi də cavabdehə aid edilməlidir. Qarşılıqlı iddia təmin edildiyindən ödənilməli olan dövlət rüsumu 20 manat iddiaçıdan dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qаrşı təbii qazdan istifadəyə görə 369.10 manat borcun abonentin **********00000 saylı koduna və 20.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq İddiaçı İB-nin ABB-nin Tərtər şöbəsindəki AZ64İBAZ******************** nömrəli hesabına (VÖEN **********) köçürülməsi tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi təmin edilsin. Cavabdeh adına ünvan 4 ünvanında yerləşən evə, **********00000 nömrəli abonent saldosuna qaz istehlakına görə cərimə olaraq hesablanmış 216 (iki yüz on altı) manat borc əsassız hesab edilərək silinsin və sayğacın dəyəri İddiaçınə aid edilsin. Dövlət rüsumu 20 (iyirmi) manat İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar