Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-153/2024 19.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizəsi üzrə işə məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Yevlax şəhəri İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını qeyd etməklə “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun qardaşı xx.xx.1953-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək bildirdi ki, xx.xx.1953-cü il təvəllüdlü X7 onun doğma qardaşıdır. Əsgər subaydır. Gənclik dövründə “şizofrenid paranoid forma” diaqnozu ilə qeydiyyatdadır. Kənar şəxsin nəzarəti və qulluğuna ehtiyacı vardır. Onların hər iki valideynləri vəfat etmişdir. Qardaşı Əsgər gənclik dövründən psixi qüsurlu xəttədir və onun həmin xəstəlikləri getdikcə fəsadlaşır. Belə ki, o özünü idarə edə bilmir. Heç bir iş görmək iqtidarında deyildir. Yuyunub özünü təmiz saxlaya bilmir. Habelə nəzarətsiz yeyib–içə bilmir, yəni aclıq və ya doymuluq hissiyyatı yoxdur. Həyatı üçün təhlükə yaradan yerlərə gedir özünü məhf edə bilər. Yaşadığı evdə tez-tez yanğın təhlükəsi yaradır. Məhkəmədən iddianın təmin olunmasını xahiş edərək, məsələ ilə bağlı ekspertiza rəyinin alınması ilə razılaşmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş maraqlı şəxs Yevlax Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1953-cü il təvəllüdlü X4 atası X8, anası X10r. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi atası X8, anası X10r. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 03 oktyabr 2023-cü il tarixli məktubdan görünür ki, X1 qardaşı Əsgər İsmayılovun üzərində qəyyum təyin edilə bilinmədiyi üçün onun fəaliyyət qabliyyəti olmayan hesab edilməsi ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət etməyini tövsiyə edir. Yevlax rayonu, Yuxarı Qarxun kənd sovetliyi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş AZ-İİ № 238691 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X9 ilə X2 arasında bağlanmış nikah 1973-cü ilin iyul ayının 05-ci günündə Yevlax rayonu, Yuxarı Qarxun kənd sovetliyində akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. Yevlax rayon X3 Hüquqi Şəxsinin tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X7 həqiqətən də Yevlax rayon Mərkəzi Xəstəxananının psixonevroloji kabinetində dispanser müşahidəsində dayanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 757 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X5 şizofreniya paranoid forma, psixi qüsur halı xroniki psixi xəstəlik qeyd olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyil. Buna görə də X7 tam faliyyət qabliyyəti olmayan şəxs hesab edilməlidir. X5 müəyyən edilən şizofreniya paranoid forma, psizi qüsur halı ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 318.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclası zamanı xx.xx.1953-cü il təvəllüdlü X7 öz psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənasını anlaya və hərəkətlərini idarə edə bilməməsi işdə olan sənədlərlə və məhkəmə psixiatrik-ekspertizasının rəyi ilə tam təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Ərizəçi ərizəsi təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1953-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-153/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-153/2024
19.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver