Məhkəmə qərarları › İş №2(039)-1544/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1544/2022

02.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1544/2022 02.08.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 07 oktyabr 2003-cü il tarixli nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddia ərizəsi belə əsaslandırılmışdr ki, Cavabdeh ilə 27 sentyabr 2003-ci ildə faktiki ailə qurub, nikahlarını 07 oktyabr 2003-cü ildə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeyd etdirmişlər. Birgə nikahdan 3 uşağı 31 oktyabr 2004-c ildə X5, 23 sentyabr 2007-ci ildə X4 və 30 avqust 2011-ci ildə X6 anadan olmuşdur. Cavabdeh onunla yaşamaq istəmədiyi üçün 2 ildən çoxdur ki, ayrılıb valideynlərinə məxsus evə getmişdir. Həmin vaxtdan aralarında heç bir əlaqə yoxdur. Uşaqlar hazırda himayəsindədir. Ailə mübahisələri ilə əlaqədar mediatorun iştirakı ilə nikahın pozulması və birgə nikahdan olan uşaqlarının yanında qalmasına dair barışıq sazişi imzalamışlar. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək aralarında olan nikahın pozulmasına və birgə nikahdan olan uşaqları X2, X1 və X3 ataları İddiaçı yanında qalmalarına etiraz etmədiyini bildirmişdir. Sübutlar: Təqdim edilmiş şəhadətnamə ilə təsdiq olunur ki, İddiaçı ilə Cavabdeh nikahları 07 oktyabr 2003-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydə alınmışdır, bu nikahdan 31 oktyabr 2004-cü il təvəllüdlü X5, 23 sentyabr 2007-ci il təvəllüdlü X4 və 30 avqust 2011-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşlar. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur Maddə 36.9. nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Məhkəmənin hüquqi mövqeyi: İş üzrə tərəflər nikahın pozulmasında təkid etdiyindən məhkəmə hesab edir ki, ailənin saxlanılması mümkünsüzdür, onların arasında olan nikah pozulmalıdır. Birgə nikahdan olan uşaqların valideynlərdən hansının yanında saxlanılması ilə bağlı tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bundan başqa tərəflərə izah edilmişdir ki, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Şərh edilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh Cəbrayılova (Xəlilova) Anastasiya Musa qızı arasında bağlanmış nikah pozulsun. (07 oktyabr 2003-cü il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Xaldan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində 18 nömrə ilə qeydə alınmışdır). Boşanma haqqında şəhadətnamə verilərkən İddiaçı 20 manat dövlət rüsumu alınsın, Cavabdeh həmin xərcdən azad edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar