Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1548/2021 28.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «şəhadətnamənin ləğv edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı «şəhadətnamənin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx xxxxxx 1977-ci ildə Yevlax şəhərində anadan olmuşdur. Hazırda da Yevlax şəhəri, H.Hacıyev küçəsi bina 22 mənzil 7də yaşayır. 06 avqust 2020-ci il tarixli çıxarışla ünvan 1 ünvanında yerləşən mənzil 3/4 hissədə ona, 1/4 hissədə isə mərhum atası X7 məxsusdur. X15 2006-cı ildə vəfat etmişdir. Bundan sonra Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(039)-597/2021 saylı qətnaməsi ilə 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X1 qalmış Yevlax şəhəri H.Hacıyev küçəsi bina 22 mənzil 7-ə aid hissənin miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Göründüyü kimi mənzilin 3/4 hissəsi onun mülkiyyətindədir, digər 1/4 hissənin isə onun tərəfindən qəbul edilməsi məhkəmə tərəfindən qət edilmişdir. Lakin məhkəmə qətnaməsi qəbul edildikdən, hətta qətnamə qanuni qüvvəyə mindikdən sonra, yəni 11 iyun 2021-ci il tarixdə Cavabdeh1 «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» verərək 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi Cavabdeh2 olması göstərilmiş və onun yuxarıda qeyd etdiyi mənzildən 1/4 hissədə pay alması göstərilmişdir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, atası X10 2006-cı ildə vəfat etmişdir. Atasının ölümündən sonra Yevlax şəhəri, H.Hacıyev küçəsində 63 kv.m. miras olaraq qalmışdır. Həmin mənzildə atasının ölümündən sonra bacısı Sevda və anası Zəhra yaşamışdır. Hazırda həmin mənzildə o da ailəsi ilə birlikdə yaşayır. O Cavabdeh1nə müraciət edərək “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” verilməsini xahiş etmişdir. Notarius tərəfindən 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli şəhadətnamə verilmişdir. Cavabdeh X17 Xidmət Mərkəzi Notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, məhkəmə iclasında iştirak etməməyini üzrlü hesan edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(039)-597/2021 saylı qətnaməsinin surətindən məlum olur ki, 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X1 qalmış ünvan 3-ə aid 1/4 hissənin miras əmlakın X8 tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil orderinin surətindən məlum olur ki, İddiaçı 04 avqust 2020-ci il tarixdə notariusa müraciət üçün 20 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, İddiaçı ərizə ilə X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, 30 aprel 2006-cı il tarixdə ünvan 3 ünvanında yaşayan əri X10 vəfat etmişdir. Onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, X2 ərizə ilə X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, 30 aprel 2006-cı il tarixdə ünvan 3 ünvanında yaşayan atası X10 vəfat etmişdir. Onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, X5 ərizə ilə X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, 30 aprel 2006-cı il tarixdə ünvan 3 ünvanında yaşayan atası X10 vəfat etmişdir. Onun vəfatından sonra qalmış harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakı qəbul etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən məlum olur ki, X4 ünvan 3 ünvanında yerləşən mənzili vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 may 2006-ci il tarixli AZ-l 191211 saylı ölüm haqqında şəhadətnamənin məlum olur ki, X10 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 17 iyun 2020-ci il tarixli V-JQ 328085 saylı arayışının surətindən məlum olur ki, X3 20 mart 1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsinin 22 iyul 2020-ci il tarixli 1223 saylı arayışının surətindən məlum olur ki, X6 ilə X3 28 yanvar 2009-cu il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X17 Xidmət Mərkəzi Notariat ofisinin 23 iyul 2020-ci il tarixli 926 saylı məktubunun surətindən məlum olur ki, Cavabdeh2 X4 vəfatından sonra qalmış əmlaka dair vərəsəlik qaydasında ona çatası payın alınmasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün X17 Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə müraciət etməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, İddiaçı ərizə ilə X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 avqust 2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, X1 ünvan 3 ünvanında yerləşən mənzilə X2, X5 və İddiaçı 1/4 hissədə pay almışlar. Mirasın 1/4 hissəsi açıq qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ərizənin surətindən məlum olur ki, Cavabdeh2 ərizə ilə X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 11 iyun 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən məlum olur ki, X1 ünvan 3 ünvanında yerləşən mənzilə Cavabdeh2 ¼ hissədə pay almışdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.6-cı madsəsində göstərilir ki, Bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci madsəsində göstərilir ki, Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları birinci növbə vərəsədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 132.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, … Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. … Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yuxarıda qeyd edildiyi kimi, vərəsənin notariat orqanına mirası qəbul etmək barədə ərizə verməsi və vərəsənin miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi vərəsə mirası qəbul etmiş sayılır. Beləliklə məhkəmədə müəyyən edildi ki, X10 30 aprel 2006-cı il tarixdə vəfat etmişdir. X4 ölümündən sonra ondan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61.31 kv/m olan, 3 otaqlı mənzildən ibarət miras qalmışdır. X4 ölümündən sonra mirası faktiki olaraq İddiaçı qəbul etmişdir. Həmçinin 04 avqust 2020-ci il tarixdə həmin miras əmlakın 3/4 hissəsini qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən də qəbul etmişdir. Yevlax Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(039)-597/2021 saylı qətnaməsi ilə 30 aprel 2006-cı il tarixdə vəfat etmiş X1 qalmış ünvan 3-ə aid 1/4 hissənin miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilmişdir. Cavabdeh2 X17 Xidmət Mərkəzi Notariat ofisinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. 11 iyun 2021-ci il tarixdə Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-597/2021 saylı mülki işi üzrə Cavabdeh1 tərəf olmuş və tərəflərin arasında mübahisə olduğunu və bubunla bağlı Yevlax Rayon Məhkəməsinin icraatında mülki işin olmasını bilmişdir. Məhkəmə qətnaməsi 22 aprel 2021-ci il tarixdə çıxarılmış və surəti Cavabdeh1nə göndərilməsinə baxmayaraq, 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni” vermişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli 2V-838 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1548/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1548/2021
28.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver