Məhkəmə qərarları › İş №2(039)-1550/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1550/2020

15.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1550/2020 15.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkil Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatının silinməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatının silinməsi tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzilində istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsinə və cavabdehin həmin mənzildən qeydiyyatının silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh onun sabiq həyat yoldaşıdır. 2004cü ildə rəsmi nikaha daxil olmuşlar. Onların arasında olan rəsmi nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. Birgə nikahdan övladları yoxdur və nikahlarının ləğv edilməsi zamanı aralarında heç bir əmlak mübahisəsi olmamışdır. Cavabdehlə ailə həyatı dövründə Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 nömrəli mənzili əvəzsiz olaraq onun adına özəlləşdirilmişdir. Həmin mənzilə dair mülkiyyət hüququ Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. xx xxxxxx 2013-cü il tarixdə cavabdehlə onun arasında nikah ləğv edilməsinə baxmayaraq, həmin tarixdən uzun illər əvvəl onlar faktiki olaraq ayrılmış və faktiki olaraq ayrıldıqları tarixdən cavabdeh Yevlax rayonu Malbinəsi kəndində yaşayır. Eyni zamanda cavabdehin mübahisə predmeti olan mənzildən istifadə hüququna, yaşamasına ehtiyacı qalmamışdır. Hazırda yenidən ailə həyatı qurmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı, ******* №li, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri, Pişəvəri küçəsində istifadədə olan 0,094 ha torpaq sahəsində yerləşən 3A nömrəli, 1 mərtəbəli binanın 5-ci girişində, 1-ci mərtəbəsində, 138,79 kv.m ümumi, 95,5 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı 5 nömrəli mənzil tam mülkiyyət hüquq üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 161 nömrəli vərəqində qeydiyyata alınmışıdır. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 168640 №li nikah pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah qeydi xx.xx.2013-cu il tarixdə ləğv edilmişdir. İş materiallarına olan Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195- 115000-3220 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. ƏMDK yanında DƏDRX-in 17 saylı X2 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A, 5 nömrəli mənzil(mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxxx 2008-ci il tarixli, 31 nömrəli orderi ilə Cavabdeh(hazırkı iş üzrə cavabdeh) və onun arvadı İddiaçı (hazırkı iş üzrə iddiaçı) istifadəsinə verilmişdir. Cavabdeh xx.xx.2008-ci il tarixdə mübahisəli evin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə xx.xx.2008-ci ildə İddiaçı mülkiyyət hüququ qeydə alınsa da, hüquq münasibətləri yaranan zaman, yəni xx.xx.2008-ci ildə mübahisəli ev dövlət mənzil fonduna aid olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh mübahisəli mənzilə köçən zaman, yəni xx.xx.2008-ci il tarixdə mübahisəli mənzilin dövlət mənzil fonduna aid olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ yarandığından və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən həmin hüquqa yalnız kompensasiya verilməklə xitam verilməsi nəzərdə tutulduğundan, iddiaçı isə hazırkı halda cavabdehə kompensasiya təklif etmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı iddia ərizəsində cavabdehin uzun müddətdir başqa ünvanda yaşadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən qeydiyyatının silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar